Table Of ContentÇÇÈÈÉÉÀÀÄÄÕÕÀÀÍÍ ÍÍßßÁÁÈÈÁÁßßÉÉËËÈÈ
ßßÕÕËËÀÀÃÃÀÀ ÀÀÏÏÀÀÐÐÀÀÍÍ
ÉÉÎÎËË
“АДИЛОЬЛУ”
Бакы - 2013
Əxlaqaaparan yol
İxtisas redaktoru: professor Fazil QARAOĞLU
Müqəddəs Kitabımız Qurani-Kərimi təfsiri ilə
vermiş, rus dilinə çevirmiş, Peyğəmbərimizin
həyatından bəhs edən əsər yazmış alim.
Redaktor: İsrafil CƏLİLBƏYLİ
Ziyadxan Nəbibəyli, “Əxlaqa aparan yol”
Bakı, “ADİLOĞLU” nəşriyyatı, 2013, 356 səh.
Bismillahirrəhmanirrəhim
Allah Təalaya həmdi-səna, Allahın rəsulu Hz.Məhəmmədə, onun əhlinə,
əshabələrinə və onun ümmətinə, dəvət etdiyi dinə iman gətirənlərə salavat və salam
olsun!
Kitab elmi əsər olmaqla Qurani-Kərimin Məhəmməd peyğəmbərə 23 il ərzin -
də Allah Təala tərəfindən vəhy olunmasına əsaslanır.
Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani-Kərim
insanlığın, müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı – Yerin,
Günəşin, Ayın, səyyarələrin hərəkət etməsini demiş, baş verəcək elmi kəşflər
barəsində səlis və düzgün məlumat vermişdir.
Məqsədimiz, Qurani-Kərimdəki Allah Təala göndərişlərindən bəhrələnməklə,
insanları Allah yoluna, Qurani-Kərim istəklərinə istiqamətləndirməklə bugünkü
nöqsanlardan uzaqlaşdırmaqdır.
Günümüzdəki insanlara islami tələb və baxışları sadə Azəri türkcəsində çat-
dırmaqla bu fikirdən bəhrələnəcək insanlarımız vasitəsi ilə dövlətimizə, xalqımıza,
millətimizə mənəvi, hüquqi, insani dəyərlərdə yardımçı olmaqdır.
Əsərdə, həm də tarixdə məlum olan, bu gün yaşayan “dinlər” haqqında da
yetərli tarixi məlumatlar verilmişdir.
Allah Təala sizə yar olsun!
4905000000
Г грифли няшр
121-2012 (Ъ) З.Нябибяйли, 2013
Ziyadxan NƏBİBƏYLİ
Kitab 16 il Bağdadda Ali İslami təhsil
alaraq alimlik zirvəsinə yüksələn, İslam Mü-
cahidi Şeyx Şamillə İslam yolunda cihada
çıxan Cəbrayıl bəyin ruhuna bir xatirədir.
Ziyadxan NƏBİBƏYLİ
ÖÖNN SSÖÖZZ ƏƏVVƏƏZZİİ
BBütün dinlərin tarixini özündə əks etdirən əlimizdəki bu
əsər Azərbaycanın XXəsrin ikinci yarısı, XXI əsrin
əvvəlləri ərzində yazıb-yaradan, “baş vurduğu”
sahələrin söz sahibi olaraq şərəf qazanmış qələm sahibi, hərtərəfli
alim və seçilən ziyalı professor, yazıçı-publilist Ziyadxan
Nəbibəylidir. O, dinlə bağlı özünəməxsus bir alim-tədqiqatçıdır, İs-
lama çox böyük önəm verəndir və Müqəddəs Kitabımız Qurani-
Kərimi sevdiyi qədər ikinci bir mənbə tanımadığını hər zaman izhar
edəndir.
Müqəddəs Kitabımız Qurani-Kərim nazil olandan, İslam “ayaq”
tutandan ona qarşı hər cür hücumlar olmuşdur. Lakin, son dövrlər
özünü daha üstün tutmaq istəyən Avropa dövlətləri, ABŞ və digərləri
İslamı, İslam dəyərlərini özündə daşıyan insanları və dövlətləri al-
çaqlamaq, İslamın yayılmasının qarşısını almaq üçün hətta siyasi
dairələrdə, dövlət səviyyəsində böyük basqılar, təzyiqlər göstərmək-
dədirlər. Bu basqılar ifrat həddə yüksəlsə də, İslamı qəbul edənlərin
sayı günü-gündən çoxalmaqdadır. Müəllifin tarixi araşdırmaları
göstərir ki, istər günümüzə qədər, istərsə də günümüzdə İslamı qəbul
edən insanlar ilk növbədə alimlər, yazıçılar, ziyalılar və qadınlardır.
3
Əxlaqaaparan yol
Ümumilikdə yaxşı təhsili olan insanlar heç kimin təsiri, istiqaməti
olmadan böyük məhəbbətlə İslamı və onun Ulu Tanrı tərəfindən
göndərilən vəhylərini qəbul edir, Ulu Allahımızın yeganəliyini qəbul
edirlər. Onlar İslamaqədərki mövcudluqla İslami dəyərləri müqayisə
etdikdə, insana lazım olan hər cür mənəvi, dini-mənəvi, pak dəyərləri
İslamda tapırlar. Digər məzhəbli qadınların da İslami dəyərləri qəbul
etmə səbəblərdən biri də İslamdakı üstünlüklə yanaşı – İslam mənəvi
dəyərinə mənsub olan kişilərin daha çox ailə qayğıkeşi olmasıdır. Bu
kişilər Qurani-Kərimin buyurduğu haram içkiləri qəbul etmir, haram
qidaları yemir, ailəsində də heç kimə məsləhət görmür, milliyyətindən
və dinindən asılı olmayaraq ailə qurduğu xanıma daha diqqətli olur,
onun qayğısına qalır, dünyaya gətirdikləri övladlarına valideynlik
qayğılarını məsuliyyətlə yerinə yetirirlər. Bir sözlə İslamın qadına
verdiyi bütün hüquqların sahibi olan qadın-insan İslamı mənuniyyətlə
qəbul etməklə, özünü daha da şərəfləndirir və xoşbəxt həyat tərzi ke-
çirir.
Professor Ziyadxan Nəbibəyli elmi-dini mənbələrdən məlum
olan və öz dövründə inanc mənbəyi sayılan qurumlar və onların in-
sanlara təlqin etdiyi qayda və tələbləri araşdıraraq – İslam tələbləri
ilə müqayisəli şəkildə verməklə, oxucunu seçim qarşısında qoymur.
Əksinə, İslamın böyüklüyünü digər dini-mənəviyyat daşıyıcılarına
və tərəddüddə olan insanlara seçim etməkdə yardımçı olur, Yaradanı
qarşısında günah işlətməkdən xilas etmiş olur. Çox dəyərli bu kitabı
oxuduqca istər-istəməz müəllifin qısaca dediyi fikrin tam şahidi olur-
san – “Əxlaqa aparan yol”. Bu yol çox daşlı-kəsəkli, enişli-yoxuşlu,
əsrlər keçdikcə dəyərini daha da artıran Ulu Tanrının bizlərə bəxş et-
diyi Qurani-Kərim yoludur, Ulu Allahımızın göstərdiyi yoldur. Böyük
alimimiz Ziyadxan Nəbibəyli əsərinin ilk bölümündə Əxlaqa aparan
yol haqqındakı fikirləri ilə yanaşı ibtidai dinlər və onların hər biri
haqqında qısaca da olsa, çoxluğun bilmədiyi, lakin, qədim insanların
yaşadığı məlumatları müasirlərimizə sadə dildə çatdırır və nəticə çı-
xarmağı insanların öz öhdəsinə verir.
Çox böyük yeniliklərlə zəngin olan bu elmi əsərin ikinci bölümü
4
Ziyadxan NƏBİBƏYLİ
bütövlükdə Zərdüştiliyə, Atəş pərəstliyə, onun qədim dünya
mədəniyyəti mənbəyi, Atəşpərəstliyin kitabı olan “Avesta”ya həsr
olunub. Ziyadxan Nəbibəyli XX əsrin sonlarında yazdığı
“Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabında bu mövzuya xeyli
önəm versə də, hazırkı kitabı “Əxlaqa aparan yol”da Atəşpərəstliklə
bağlı bir çox yenilikləri ərsəyə gətirmiş, Atəşpərəstliyin başlanğıcının
Qarabağ torpaqlarının Zəngəzur bölgəsindən başlandığını ortaya
qoyur. Dünyanın qədim tarixi Şərqdən başladığı kimi, din tarixinin
keçmişi də Yer kürəsinin bu bölgəsindən başlayıb və bütün Yer pla-
netini əhatə edib.
Araşdırdığı mövzu və mövzuların tam dərinliklərinə varan böyük
alimimiz əsərinin üçüncü bölümünü Uzaq Şərq və Cənub-Şərqi Asi-
yada mövcud olmuş dinlərə həsr etməklə, bir çox yeni fikirləri, heç
kimin qələmə almadığı məqamları oxucularına çatdırır.
Professor Ziyadxan Nəbibəyli “Əxlaqa aparan yol” dini-elmi
əsərinin dördüncü bölümünü Yəhudilərin dininə həsr etmiş və bu
dinin də Səmavi din olduğunu göstərmişdir. Lakin, yəhudi dini-
mənəvi dəyəri ilk vəziyyətində qalmamış, yəhudilər onun məz -
mununu dəfələrlə dəyişmişlər. Bu səbəbdən də günümüzün yəhudisi
öz Müqəddəs Kitabına səmimi-qəlbdən yanaşa bilmir. Elə bu və digər
səbəblərdən, dini-mənəvi dəyərin kölgədə qalmasından, yəhudilər
digər insanlara, başqa dini-mənəviyyat daşıyıcılarına ögey münasibət
bəsləyirlər. İslam isə bütün yaradılanların hamısının yaradıcısının Ulu
Allahımıza mənsub olduğunu qəbul edir və heç bir insanı digərindən
fərqləndirmir, ayrı-seçkiliyi qəbul etmir. Bununla yanaşı müəllif
yəhudi dini-mənəvi dəyərlərinin türkün Tanrıçılığından bəhrələn -
diyini də qeyd edir. Ulu Tanrının göndərdiyini dəyişmək səlahiyyəti
ancaq və ancaq Onun özünə mənsubdur, insanlar buna qadir deyillər.
Elə bu məxəzlə yaşayan yəhudilər İslamın ilk günlərindən
müsəlmanları və onların peyğəmbərini dəfələrlə aldatmışlar.
Əsərin beşinci fəsli Xristianlığın yaranmasına həsr olunub.
Yəhudilik və Xristianlıq haqqında Azərbaycan insanının yetərincə
məlumatı olduğundan müəllif bu dinlər haqqında ən vacib saydığı
5
Əxlaqaaparan yol
bilgiləri yazıya almışdır. Fərqli cəhət yalnız Azərbaycan Alban Xris-
tian dövləti dini-mənəvi məlumatlara üstünlük verməkdə olmuşdur.
Bu da yəqin ki, səbəbsiz deyildir. Çünki, uzun illərdir Azərbaycanın
milli düşməni ermənilər Alban dövlətini və onun dini-mənəvi
dəyərlərini öz adlarına çıxmaqla əlaqəlidir.
Dəyərli kitabın altıncı fəsli “Bu tarixi hamılıqla bilməliyik” ad-
lanır. Həqiqətən bu bölümdə toplanmış mövzular təkcə müsəlman
əhlinə aid olmayıb, bütün insanlığa aiddir. Belə ki, burada İslamın
Müqəddəs Kitabı Qurani-Kərim, İslamda Ulu Allahın yeganəliyi
məsələsi, Peyğəmbəri Allahın seçməsi məsələsi, İslamda Allahın
mələkləri, Hz. Adəm Əleyhissalam, Hz. Nuh Əleyhissalam, Nuh tu-
fanı, Hz. İbrahim Əleyhissalam, Hz. Məhəmməd Əleyhissalam və
digər mövzular haqqında çox əhatəli məlumatlar verilmişdir ki, bu
da öz növbəsində dünya din tarixi ilə yanaşı – dünyanın tarixini də
bilmək üçün çox gərəklidir.
Çox dəyərli bu əsərin yeddinci bölümünü dərin zəkalı alimimiz
“İslam tarixindən səhifələr” adlandırmışdır. Bu bölümdə İslam dini-
mənəvi dəyərlərinin bütün məqamları hər kəsin dərk edə biləcəyi bir
dildə əziz oxucularımıza şərh edilir. Əsər, elmi əsər olduğundan möv-
zuların hər bir məqamı çox dəqiq və dərk olunandır, hər cür
ibarələrdən kənardır. Azərbaycan cəmiyyətinə ilk olaraq, həm də ma-
raqlı olacaq xəndək və ya əhzam müharibəsinin yol göstərəninin
Azərbaycanlı olmasıdır.
Oxucular üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri
də İslamda insandan tələbdir. Bu mövzular dəyərli əsərin səkkizinci
bölümündə verilmişdir. İslamın hər bir insandan tələbi onun Ulu Tanrı
yaratdığı kimi – pak və üzüağ yaşaması, qeyri-insani hərəkətlərdən
kənar durmasıdır. Bu mövzular səkkizinci bölümün əsas qayəsidir.
İslam həm də haqq yoludur, haqqa söykənmək yoludur, bütün in-
sani hüquqların mənbəyidir, insanlığın yol göstəricisir. Bütün bu yö-
nümlü İslam qaydaları bu möhtəşəm əsərin doqquzuncu bölümündə
öz əksini tapmışdır.
Həmişə dilə gətirilən, insanlığın yaranışından günümüzə kimi in-
6
Ziyadxan NƏBİBƏYLİ
sanların bir-birlərindən tələbi, arzuladığı dəyərlərdən biri də valideyn,
ata-ana, bacı-qardaş, övlad, qohum-qardaş arasındakı münasibət
mövzusudur, günümüzdə də çox ehtiyaclıdır. İnsani dəyərləri
dərindən bilən müəllif bu sıraya aid olan mövzuları onuncu fəsildə
cəm etmiş, İslami baxışlardan, onun tələbi yönümündən dəyərli açıq-
lamalar vermişdir.
“Əxlaqa aparan yol”un on birinci bölümü İslamın insan əxlaqına
verdiyi töhfələrə həsr olunmuşdur. Məlum olduğu kimi insan
əxlaqının müəyyən cəhətləri nəsil-nəcabətlə bağlı olsa da, insanın ya-
şadığı mühit, dövlət quruluşu, onun qanunları, qanunlarla onun icrası
arasındakı asılılıq, təhsil, təhsilin və tərbiyənin səviyyəsindən də çox
asılıdır. On üç mövzunu əhatə edən bu bölüm dediyimiz sahələrin ha-
mısını əhatə etməklə, hər kəs üçün çox gərəklidir, əxz edilməlidir,
nəticə çıxarılmalıdır.
Çox dəyərli bu əsərin on ikinci fəsli İslamda insanın mənfi
meyllərə münasibəti mövzularına həsr olunub. Bəzi insanlar
digərlərinə həqarətlə baxır, rişxənd edir, ələ salır, hər vəchlə qarşı
tərəfi alçaqlamağa çalışır ki, bu da İslamda qəbul edilməzdir və
qəbahət sayılır. Təəssüf edici haldır ki, hazırkı dünyada, bəzi
dövltələrdə, bəzi millətlərdə, bəzi xalqlarda, hətta eyni millətdə və
qohum-qardaş, dost-tanışlar arasında da birinin digərinə həqarəti
mövcuddur.
Zəmanəmizdə iftira demək, qeybət etmək, yalançılıq etmək,
nifaq, fitnə-fəsad salmaq adi hal almışdır. Təbii ki, əxlaqlı, tərbiyəli,
İslami dəyərləri dərk edən insanlar – insana yaraşmayan bu məkrli
məsələlərdən uzaqdır. Elə İslamın da insanlardan istəyi və tələbi
budur. Bu mənada İslami dəyərləri öyrənmək, mənimsəmək və bu
tələblərə riayət etmək hər bir dünyagörüşlü insanın gündəlik işidir.
İslam isə bu dəyərlərə hər kəsin əməl etməsini istəmişdir.
Dərin fikirlər mənbəyi, hər kəsin bilməli olduğu Allah kəlamları
ilk növbədə biz insanlara gərəkdir. İnsan təkcə bu gün üçün deyil,
axirətini də fikirləşməlidir, cənnət və cəhənnəmi unutmamalıdır,
əməlisaleh həyat tərzi sürməlidir, yaxşı fikirlərlə nəfəs almalıdır,
7
Əxlaqaaparan yol
yaxşı nə varsa, İslam nəyi buyurursa onu mükəmməl öyrənməlidir,
ətrafını da öyrətməlidir. Bizcə dərin fəlsəfi düşüncələr sahibi profes-
sor Ziyadxan Nəbibəylinin həm özünün və həm də “Əxlaqa aparan
yol” əsərinin qayəsi əsasən bunlara istiqamətlənmiş, bu meyarlara
yönəlmişdir.
Deyilən mənada qələmə alınmış əlimizdəki elmi əsərin on
üçüncü fəsli də bu istiqamətlidir. Bu əsasən insan sağlamlığına, şüu-
runa, zehninə, şəxsiyyətinə, yaşayış tərzinə pis təsir edən İslamda
haram buyurulan içkilər və “qida” növləridir. Bu işlərə uyan insanları
heç bir cəmiyyət, ailə, insan bəyənmir və qəbul etmir. Həm də bu
vərdişlər ilk növbədə İslamda haram buyurulanları qəbul edən şəxsin
özünə xələl gətirəndir.
Qəribəsi budur ki, günümüzdə də insanlar var ki, nə İslam və
nədəki ona qədərki dini-mənəvi dəyərləri bilmir, oxumur, araşdırmır,
lakin “peyğəmbər” olmaq istəyir. Bütün bunlar haqqında dəyərli ali-
mimiz əsərinin on dördüncü bölməsində məlumat verir.
Ümumilikdə, professor Ziyadxan Nəbibəylinin “Əxlaqa aparan
yol” dini-mənəvi, fəlsəfi və tarixi araşdırmalar nəticəsi olan bu əsəri,
redaktor olaraq mənim üçün və hesab edirəm ki, həm də bu günkü
cəmiyyətimiz üçün çox dəyərli əsərdir, insanın mənəvi qida
mənbəyidir, xalqımızın, millətimizin və dövlətimizin ehtiyac duy-
duğu, hiss etdiyi bir istiqamətə yönələn əsərdir.
İsrafil Cəlilbəyli
8
Ziyadxan NƏBİBƏYLİ
MMÜÜƏƏLLLLİİFFDDƏƏNN
MMəni bu kitabı hazırlamağa vadar edən özümün iç dün-
yam olub. İç dünyamın bu günkü vəziyyətindən o
qədər də razı deyiləm. Baxmayaraq ki, məşğuliy -
yətimdən, tutduğum vəzifədən, bu dünyada olan imkanlarımdan asılı
olmayaraq, həmişə mütailə etmişəm. Nə qədər çalışsam da, istədik -
lərimin hamısına nail ola bilməmişəm. Əsas istəyim həm bu, həm də
o biri dünya məfhumunu anlamaq olmuşdur. Bu işdə çox kiçik yaş-
larımdan böyüklərə, müəllimlərimə, cəmiyyətdə seçilən insanların
məsləhətlərinə, tövsiyyələrinə, tapşırıqlarına baxmağım, deyilən
fikirləri çalışaraq anlamağım, qəlbimdə təhlil etməyim, zikr etməyim
mənə yardımçı olmuşdur. Bu sarıdan Allah Təaladan çox razıyam.
İlk tərbiyəçim ata nənəm Qaratel xanım olmuşdur. Onun təhsil haq-
qında hər hansı bir sənədi olmasa da, çox məlumatlı, səliqə-sahmanlı,
əli təmiz, vücudu təmiz, qəlbi saf, hər dəqiqəsini xeyirxahlıqla yaşa-
yan və İslamı gözəl bilən bir şəxs idi. Çox yaddaşlı adam idi. Çox
şairlərin şerlərini, qəzəllərini və xalq yaradıcılığı olan bayatıları
əzbərdən bilirdi, gül-çiçəkdən dərmanlar hazırlayıb insanları müalicə
edərdi, çox təmənnasız insan idi.
Müəyyən yaşa dolduqdan sonra başa düşdüm ki, Qaratel xanımın
bu səviyyədə olmasının bir səbəbi şəcərəsində olan təhsilli, dünya-
görüşlü insanların olmasıdırsa, əsas səbəb – Qurani-Kərimi yaxşı
bilməsi olmuşdur. Onun təsiri altında hər dəqiqə Qurani-Kərimdə
nədən söhbət getdiyini eşitmiş, oruc tutmasını, namaz qılmasını
9
Description:İxtisas redaktoru: professor Fazil QARAOĞLU. Müqəddəs Kitabımız Qurani-Kərimi təfsiri ilə vermiş, rus dilinə çevirmiş, Peyğəmbərimizin həyatından bəhs edən əsər ralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə bu andiçmə təkrar edilmiş, l