Table Of ContentKƏMALƏ ABİYEVA
VƏTƏN BİR DƏ
DOĞULMUR
BAKI – 2007
K52
K52 Kəmalə Abiyeva «Vətən bir də doğulmur».
030
K
04-2007
ИСБН 5-89968-094-6
© “3 saylı Bakı Mətbəəsi”, 2007.
2
Kəmalə Aydın qızı Abiyeva ixtisasca fizika müəllimidir.
Uzun illərdir ədəbi yaradıcılıqla məşğul olur. Müxtəlif illərdə
qəzet və jurnallarda, almanaxlarda, əvvəlki 2 kitabında dərc
olunan şeirləri böyük oxucu marağına səbəb olub, onu ciddi şair
kimi ədəbi ictimaiyyətə tanıdıb. Bir sıra şeirlərinə bəstələnən
mahnılar rəğbətlə qarşılanıb. Çünki bu şeirlərin özündə elə bil
bir nəğmə var. “Bir layla de yatmışları oyat, ana, ”deyən şairə
xanım, “kədərimizin bir damcı, sevincimizin ümman”olduğu
“bəxtəvər uşaqlığa” aparır bizi. “Bir dənizin sahilində nağıl olan
şəhərdən”danışaraq “dünyanı nağıl bilir”.
Sonu yaxşı olur hər bir nağılın
Nə qədər qorxulu olsa da belə.
Kəmalə xanımın şeirləri saflığı, təmizliyi, gözəlliyi qoruyur.
Xeyirlə şərin, yalanla həqiqətin, nifrətlə məhəbbətin mübarizə-
sində yüksək duyğuların qələbəsinə inanır. Bu baxımdan
“Şəlalələr”, “Qoruyaq bu dünyamızı”, “Bilirikmi”, “Xoşbəxt
olsun yer üzü” və s. şeirləri çox maraqlıdır.
Yer üzünü hələ sevə bilmirik
Sevsək əgər onu bölə bilmərik.
Yer üzünü gəlin elə sevək ki,
Bu sevgidən onu bölə bilməyək.
Onun “Şuşa dərdli, laçın dərdli ürəyində həmişə vətən
yanğısı var. Bu qəriblikdə yaşayan birinin duyduğu həsrət deyil.
Bu hər gün sevgisinin böyüklüyünü daha çox duyan, ondan
doya bilməyən bir ürəyin həsrətidir:
3
Həsrətim bircə damcı azalardı,
Həsrətim bircə damcı az olardı
Bircə damcı doya bilsəydim
Səndən, vətən.
Kəmalənin şeirləri təbiiliyi, səmimiliyi, fikir yükü ilə seçilir.
Yaşadıqlarını, duyduqlarını yazır. Ona görə də, bu şeirlər
oxucuların hər birinə doğmadır. ”Yarpaqlar titrəsə”, “Bu
sevgidir”, “Yağış”, “Bu dünyanı nağıl bilək”, “Danışma”,
“Özün günahkarsan” hər birimizin sevgi nəğməsidir elə bil.
Uzun-uzadı K. Abiyevanın poeziyasından yazmaq fikrində
deyiləm. Bilirəm ki, Kəmalə xanım öz yaradıcılığına
məsuliyyətlə yanaşan şairlərdəndir. Perspektivli şair olduğunu
ildən-ilə sübut edir. Poetik dünyasının qəhrəmanı yüksək
hisslərlə yaşayır. “Bir damcı göz yaşıdı edə biləcəyimiz ən
böyük günah” deyərək bütün insanları xoşbəxt görmək istəyir.
Əminəm ki, “Vətən bir də doğulmur” kitabı oxucularını
düşündürəcək.
4
KÖVRƏK DUYĞULAR
Səmimiyyət bütövlükdə nə deməkdir görəsən? Yəni olduğun
kimi görünmək, könlündə nə varsa onu etiraf etmək, yəni özün
olmaq deməkdir yəqin... Amma bununla da səmimiyyətin
mənası bütöv əhatələnmir. Bir var, fotoşəkil, qaş-göz, baxış-
duruş, bunlar hamısı olduğu kimi özününküdür. Yaxşı bu
səmimiyyət nədir görəsən? Hə bir də var, rəssamın çəkdiyi
portret qaş-göz, baxış-duruşun hiss, duyğu, isti, qaynar baxış -
duruş tərəfi. Yəni könlünün içini işıqlandıran güzgü tərəfi,
özünün, sözünün dolu, isti tərəfi. Buna, bir sözlə, şair diliylə
bədii səmimiyyət də demək olar. Yəni əsl özünün olan duyğulu
söz, səmimi fikir.
Məhz Kəmalə Abiyevanın “Vətən bir də doğulmur” başlığı
altında toplanmış şeirlərini oxuyanda, birinci növbədə yuxarıda
dediyim səmimi duyğuların axarına düşdüm. Bütövlükdə
götürüləndə bu şeirlərdə kövrək və lirik hisslərin özünə məxsus
ifadəsini gördüm. Yəni, sərbəst, qafiyəli, qafiyəsiz, bədii
ölçülərə yatıb-yatmamağından asılı olmayaraq bu şeirlər özündə
insan əhval-ruhiyyəsini ifadə edən təbii parçalardır, qəribə ürək
döyüntülərini əks edən şirin bir ixtilatdır.
Onda ki,
Nə görə bilirdin,
Nə eşidirdin,
Ağlayırdın...
İndi ki,
Görməyi də,
Eşitməyi də bacarırsan,
Ağla, ağla görüm
Necə ağlayırsan...
Ey.. İnsan!..
5
Kəmalə xanımın şeirlərindəki lirik “mən” həmişə özüylə
həsbi-hal edir, güley-güzarın, bəzi sıxıntıların içindən çıxıb
özünə toxdaq verir, dünyanın, mühitin, taleyin ona verdiyi
qismətlə də özünü rahat sayır, öz təmizliyini, insani duyğularını
pis niyyətlərdən qoruya bilir.
Gündüzlərimin
günəş odundan,
Gecələrimin gündüz nurundan,
Arzularımın əzizliyindən,
Duyğularımın təmizliyindən başqa,
Nəyim var ki, nəyim ?...
Onun torpağa məhəbbəti, həqiqətlərə inamı eşidib gördüyü
ağ yalanlara da heyrətini, yumşaldır, islah edir, bu sadə təmiz
ömrü özünə bəs sayır.
Kəmalənin “Kaş ki”, “Qaragöz”, “Qoru”, “Cəza”, “Bəlkə”,
“Bilirikmi” şeirləri də elə yuxarıda dediyim fikirlərin davamına,
təmiz arzuların duruluğuna xidmən edir. “Oyandınmı” şeirinin
sonluğu da maraqla bitir. Bugünkü narahat oxucunu düşünməyə
vadar edir.
Qalada yatmış idim
Şirin-şirin
Yuxulara batmış idim
Qalanı, taladılar
Odlara qaladılar
Nəyim var apardılar
top atdılar,
top atdılar...
Oyanmadım...
Saz ilə, söhbət ilə,
Oyatdılar,
6
Oyandımmı?.
“Heç kəs bilmədi”, “Qar yağırdı”, “Sən yadıma düşərsən”,
“Bu sevgidir”, başqa tipli şeirləri bir sim üstə köklənmiş ürək
tellərinin titrəyişidir, başqaları üçün bir az eşidilməz olan gizli
sevgi pıçıltılarıdır.
Misal gətirdiyim bu parçalar Kəmalənin “Heyrət”
şeirindəndir.
Əlində oyuncaq olan uşaq yaman mat qalıb. “Adam”
oyuncağın üzündə eyni ifadə, eyni təbəssüm. Ətrafındakı
adamlar da bir az uşağın oyuncağına oxşayır, amma gülüşləri,
görünüşləri tez-tez dəyişir.
Uşaq da hey düşünür.
Adamlara oxşayan, oyuncağa baxırdı
Oyuncağa oxşayan adamlara baxırdı...
Öz uşaq dünyasında
hələ anlamayırdı.
Hansı daha yaxşıdır...
Şeir qaydalarına gətirmək, ölçü-biçiyə yatırmaq üçün bəzi
şeir parçalarını rəndələmək lazım gəlsə də bütövlükdə Kəmalə
xanımın bu qələm məhsulunun öz bədii dəyəri var. Mən
əminəm ki, oxucular bu həssas bu kövrək şeirləri məhəbbətlə
oxuyub duyğulanacaqlar. Çünki oxucunun həmişə mənalı,
səmimi, duyğulu sözə ehtiyacı var.
Musa YAQUB
7
MƏHƏBBƏTİN ƏLİYLƏ
Nədənsə Kəmalə Abiyevanın poeziyası haqqında yazıya
məhz onun baharlı duyğularından, təbiətlə bağlı düşüncələrin-
dən başladım. Elə bundan başladım ki:
Oyanır yuxudan bütün təbiət,
Yaşıl gözəlliyi gəlir dünyanın,
Səpərək hər yana min bir təravət,
Yaşıl baxışları gülür dünyanın.
Kəmalənin insanlığa, bəşəriyyətə yaşam imkanı verən Ana
təbiətə, odlar yurdumuz Azərbaycana, böyük türk millətinə
sonsuz sevgi və məhəbbətlə naxışlanan poeziyası özlüyündə
tərbiyəvi-didaktik bir məktəbdir. Mənəvi-əxlaqi fəzilətlərin,
milli dəyərlərimizin aşkarcasına deformasiyaya uğradığı müasir
dövrümüzdə gəncliyin bu məktəbin dərslərinə böyük ehtiyacı
var. XX əsrin reallıqları, xalqımızın milli müstəqillik, azadlıq
uğrunda mücadiləsi, Azərbaycanın üzləşdiyi növbəti, daha ağır,
daha dəhşətli sınaq – Qarabağ müharibəsi ədəbiyyata da sirayət
etdi. Qarabağ dərdi kövrək duyğular şairi kimi tanıdığımız
Kəmalə xanımın da şəxsi dərdinə, ağrısına çevrildi:
Oyan, bir gör sinəmdəki dağları,
Öz səsinlə ol dərdimə həyan bir.
Qarabağım qalıb yadlar əlində
Nə yatmısan, sarı bülbül, oyan bir.
Təbriz boyda, Dərbənd boyda yarayam,
Vallah, yoxdu bu halımı duyan bir,
Laçın dərdli, Şuşa dərdli harayam,
Nə yatmısan, sarı bülbül, oyan bir...
8
Kəmalə düşünən və düşündürməyi bacaran şairdir,
şeirlərindəki fikirlərin dərinliyi oxucunu cəlb edir, təsiri keçici
olmur, misralarındakı məna yükü sanki bir anlıq “Dayan və
düşün”, deyir, sonra isə bir an bütün yaşam boyunca sürür.
Onun şeirlərindəki həzinlik, incə bir kədər daim düşündürür
səni... Təbiətən saf, təmiz insan olduğundan bu cəhətlər
misralarından da apaydınca görünür. Sanki zirvələrin bəyaz
qarı, bulaqların göz yaşı kimi dupduru, şəffaf suyudu duyğuları,
damla-damla süzülüb şeirlərinə... Bu duruluq şəffaflıq içərisində
sevimli, əziz bir ana yaşayır:
Ana ürəklərin sönməz ocağı,
Bəşəri qızdırır yanar odunda
Ən güclü arxadır ana qucağı,
Dünya təzələnir ana adında.
Kəmalənin şeirlərindəki şəffaflıq, körpələrə, yer üzünün ən
məsum, günahsız varlıqlarına olan ümmanlartək dərin sevgidən
doğub bəlkə də.
Ana beşik üstə şam kimi yanar,
Bir beşiyə sığar onunçün cahan.
Dünyanı özünə oyuncaq sanar
Körpə atasına sığınan zaman.
Kəmalənin poeziyasındakı kövrəkliyin, həzinliyin, nisgilin
mayasından bir kədər, gecə, sükut obrazı da rişələnib.
Tənhanılığı sevdiyindənmi, öz-özü ilə, daxili “Mən” ilə baş-
başa qalmağı xoşladığındanmı, ” göz yaşını- gönül yağışını,
təkiyinin yoldaşı, sevinc və kədərinin yaddaşı, ürəyinin sirdaşı”
deyib əzizlədiyindənmi, ən əsası yaşamaq istəyi və yaşamının
qaynağı olduğundanmı yaranıb bu orijinal obraz? Və:
9
Ağrı, acım, səadətim, nifrətim, məhəbbətim,
Göz yaşım, ağlamaq istəyim, ağlaya bilməyim.
Göz yaşım, yaşamaq istəyim, yaşaya bilməyim.
deyərək düşüncələrini səmimiyyətlə etiraf edir:
Gecə... Sükut... Və mən...
Üçümüz dayanmışıq üzbəüz...
Sükutu dinləyirəm nəfəs dərmədən
Sükutu eşidə bilməyinin
Hələ bu dünyadan xəbəri yoxdu...
Orijinal, poetik tapıntılar şairi gecənin, sükutun, kədərin və...
sevincin təkrarsız deyimlərlə qiymətini verə bilib.
Gecə... Sükut... Qaranlıq...
Gecə... Haray... Qışqırıq...
Gecə pəncərədən süzülən işıq...
Və Kəmalənin kədərlə sevinc qarşılaşdırılması:
Sevinc ürəyin səadəti,
Kədər sevincin qiyməti.
Kəmalənin poeziyasında tərtəmiz bir sevgi dünyası da
qurulub. Bu dünyanın sakinləri sevib-sevilənlər, unudulanlar,
unudanlar və... unuda bilməyənlərdi...
Elə bil zamandan xəbərim yoxdu,
Ağaran saşımdan xəbərim yoxdu,
Görəsən illərin nədir günahı?
Mən səni unuda bilmədim axı...
10
Description:Məhz Kəmalə Abiyevanın “Vətən bir də doğulmur” başlığı altında toplanmış şeirlərini oxuyanda, birinci növbədə yuxarıda dediyim səmimi duyğuların