Table Of ContentAzərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 03 fevral 2014-cü il tarixli
02 saylı qərarı ilə təsdiq edilmişdir
QADIN MƏSLƏHƏTXANALARINDA,
AMBULATOR-POLİKLİNİK TİBB
MÜƏSSİSƏLƏRİNDƏ ANTENATAL
XİDMƏTİN TƏŞKİLİ HAQQINDA
TƏLİMAT
Bakı - 2014
Təlimat Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun
Diridoğulmanın Beynəlxalq Meyarlarına Keçidi üzrə təriflərinə
əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün qadın
məsləhətxanalarının, ambulator-poliklinik tibb müəssisələrinin
mama-ginekoloqları və mamaları üçün tərtib olunmuşdur.
Hamilə qadınlara doğuşaqədər göstərilən tibbi xidmət antenatal
qulluq olub, reproduktiv sağlamlığın ayrılmaz tərkib hissəsidir.
Qadın məsləhətxanaları və ambulator-poliklinik tibb müəssisələri bu
yardımın göstərilməsində xüsusi rol oynayaraq, özündə ananın və
dölün rifahını təmin etməyə yönəlmiş maarifləndirmə,
məsləhətvermə, skrininq və müalicə xidmətlərini birləşdirir.
Tərtibatçılar: F.Qurbanova, t.e.d., F.Abbasova, t.f.d.,
M.Həmzəyev, t.f.d., G.Rzayeva, R.Yusifli,
S.İsmayılova, G.Rzayeva, G.Həsənova.
Rəyçilər: professor H.Bağırova, t.e.d.
desent F.Əliyeva, t.f.d.
2
İxtisarların siyahısı
BKİ Bədən kütlə indeksi
EKM Ekstrakorporal mayalanma
HMK Həkim Məsləhət Komissiyası
İİV İnsanimmun çatışmazlığı virusu
KP Klinik protokol
KSX kənd sahə xəstəxanası
LAM laktasion amenoreya
ÜST Ümumdünya Səhiyyə Təşkilatı
3
ÜMUMİ MÜDDƏALAR
Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə
qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının
qorunması, ailəyə, valideynliyə hazırlanmaqda kömək etməkdir.
Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik
tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə
qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə
məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və
sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal
qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu
səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən,
hamilə qadına dərk edilmiş doğru seçim etməyə imkan verən təlim
keçmiş tibb heyətinə ayrılır.
Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsi
müalicə-profılaktika müəssisələri olaraq, müasir tibbi
texnologiyalardan istifadə etməklə ambulator mama-ginekoloji
xidməti təşkil edir, xüsusi standartlardan istifadə etməklə reproduktiv
sağlamlığın mühafızəsi və ailə planlaşdırılması istiqamətində xidmət
göstərir.
Qadın məsləhətxanası və ambulator-poliklinik tibb
müəssisəsinin əsas göstəriciləri:
həm ayrıca hüquqi şəxs kimi, həm də müalicə-profilaktika
müəssisəsi nəzdində (doğum evinin, poliklinikanın, tibbi-sanitar
hissənin, xəstəxananın və s.) fəaliyyət göstərə bilər
fəaliyyətinin təşkili qüvvədə olan normativ hüquqi sənədlərə və
hazırkı təlimata əsasən aparılır
rəhbərliyi baş həkim (müdir) tərəfindən həyata keçirilir
strukturu və ştatları əhalinin sayından, görülən işin həcmindən
asılı olaraq müəyyən olunmuş qaydada, qüvvədə olan normativ
sənədlərə əsasən baş həkim (müdir) tərəfindən təsdiq edilir
(dövlət müəssisələri üçün)
rəsmi təsdiq edilmiş hesabat formalarına əsasən müvafiq dövlət
qurumlarına, o cümlədən səhiyyənin yuxarı idarəetmə
orqanlarına müəyyən olunmuş müddət ərzində qeydiyyat və
hesabatlar verir (Əlavə 2)
maddi-texniki bazası imkan verdikdə ali və orta tibb təhsili
müəssisələri üçün klinik baza kimi istifadə oluna bilər (dövlət
4
müəssisələri üçün tədris otaqlarının şəraitinə uyğun, tam
təchizatlı).
QADIN MƏSLƏHƏTXANALARININ, AMBULATOR-
POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN MƏQSƏDLƏRİ
Qadın məsləhətxanalarının, ambulator-poliklinik tibb
müəssisəsinin məqsədi aşağıdakılardır:
əhaliyə müəyyən olunmuş müasir standartlara əsasən
təsdiqlənmiş KP uyğun mama-ginekoloji yardımın göstərilməsi
yüksək keyfiyyətli tibbi xidmət göndərməklə hamiləlik, doğuş və
zahılıq dövrü baş verə biləcək fəsadların qarşısının alınması, ana
və uşaqların sağlamlığının mühafizəsi məqsədi ilə hamilə
qadınlara dispanser nəzarətinin aparılması
qadınlara hamiləlik vaxtı və zahılıq dövründə mamalıq köməyi
göstərməklə hamilə qadının doğuşa hazırlaşması, döşlə
əmizdirmənin üstünlük və prinsiplərinin təbliğ edilməsi
ailə planlaşdırılması xidmətinin təşkil edilməsi, müasir
kontrasepsiya metodlarından istifadə etməklə arzuolunmaz
hamiləliyin qarşısının alınması, cinsi yolla yoluxan, həmçinin İİV
infeksiyalaşma profilaktikasının təşkil edilməsi
hamiləliyin patologiyasının, zahılıq dövrü xəstəliklərinin və
ginekoloji xəstələrin müalicəsi və profilaktikası üçün müasir
diaqnostika və müalicə üsullarından ambulator şəraitdə istifadə
olunması
ana və uşaqların sağlamlığının mühafizəsi haqqında
qanunvericiliyə uyğun olaraq qadınların öz hüquqlarının
müdafiəsinin təmin edilməsi
hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və
müalicəsində ardıcıllığın təmin edilməsi, doğum evi və ya
şöbələri, təcili tibbi yardım stansiyaları və şöbələri, poliklinika və
uşaq poliklinikaları, eləcə də digər müalicə-profilaktika
müəssisələri, vərəm, dəri-zöhrəvi, onkoloji dispanserlər və s. ilə
sistematik əlaqəli iş aparılması
müasir tibbi texnologiyadan istifadə etməklə vaxtında stasionar
müalicə və profilaktikanın həyata keçirilməsi
5
müalicə-profilaktik prosesin effektliliyinin və keyfiyyətinin
artırılmasına yönəlmiş tədbirlərdən istifadə etməklə antenatal
xidmətin təkmilləşdirilməsi
sanitariya-gigiyenik və epidemiya əleyhinə tədbirləri yerinə
yetirməklə infeksiyanın baş verməsi və yayılmasının qarşısının
alınması, heyətin və pasiyentin təhlükəsizliyinin qorunması
(mövcud qanunvericiliyə əsasən)
reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal
xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar
mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi
QADIN MƏSLƏHƏTXANALARI VƏ AMBULATOR-
POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN VƏZİFƏLƏRİ
Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsi
öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirirlər:
hamilə qadın ilkin olaraq tibb müəssisəsinə müraciət etdikdə, ona
antenatal xidmət göstərmək və bu xidmətdən yararlandırmaq
müəyyən olunmuş standartlara uyğun olaraq ambulator mama-
ginekoloji yardım göstərmək (bax: “Fizioloji hamiləliyi olan
qadınlara antenatal qulluq üzrə klinik protokol”)
hamilə qadının qeydiyyatda olduğu ünvan üzrə tibb
müəssisəsində nəzarət edilməsi üçün rəsmi surətdə ərizə ilə
müraciət etməsinə ehtiyac yoxdur. Lakin hamilə qadın digər
qadın məsləhətxanasında nəzarətdə olmaq istədiyi halda müvafiq
əmrə uyğun olaraq rəsmi surətdə ərizə ilə müraciət etməlidir
hamilə qadına fərdi müşahidə vərəqəsini açmaq, evdə müşahidə
vərəqəsini verməklə ona tibb işçisi tərəfindən bütün hamiləlik
boyu qeydlərin aparılmasını izah etmək
hamiləlik dövründə baş verə biləcək fəsadlar barədə ailə üzvlərini
məlumatlandırmaq
ambulator şəraitdə dərmanla abort və/və ya vakuum-aspirasiya
metodu ilə hamiləliyin süni pozulmasını təşkil etmək
tibbi və sosial göstərişlər əsasında hamiləliyin 12 həftəlikdən yuxarı
müddətdə pozulması məqsədilə Həkim Məsləhət Komissi-yasının
(HMK) qərarı ilə qadını stasionara göndərmək (Əlavə 3 və 4)
hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və
6
müalicəsində ardıcıllığı təmin etmək məqsədilə digər tibb
müəssisələri ilə sistematik əlaqəli işi təşkil etmək
hamilə qadınlara dispanser nəzarətini təmin etmək; “risk
qrupu”na daxil olan hamilə qadınları (sosial, bioloji faktorlar,
ginekoloji anamnez və ekstragenital xəstəliklər) seçmək və
onlarda doğuş və zahılıq dövründə baş verə biləcək fəsadları
müəyyən etmək və bunların profilaktikasını aparmaq
ekstragenital xəstəliklərlə mamalıq patologiyası olan hamilə
qadınları göstəriş olduqda, səhiyyə sisteminin müvafiq səviyyəli
tibb müəssisələrinə AZS-027 statistik forması ilə göndərmək;
(bax: doğuşayardım müəssisələrinin səviyyələri)
hamilə qadınları fiziki və psixoprofilaktik olaraq doğuşa
hazırlamaq, göstəriş olduqda hamilə və zahı qadınların evdə
patronajını aparmaq və tibbi yardım göstərmək (“valideyn
məktəbini” təşkil etmək) (Əlavə 5)
müasir tibbi texnologiyadan istifadə etməklə ginekoloji
xəstəliklərin müayinə və müalicəsini təşkil etmək
qadın məsləhətxanası ilə təcili yardım stansiyaları arasında sıx
əlaqələndirməni yaratmaq
risk qrupundan olan hamilə qadınların doğuşa yardım tibb
müəssisələrinin müvafiq mərhələsində hospitalizasiyasını təmin
etmək
antenatal qulluq üzrə qeydiyyat və hesabat sənədlərindən istifadə
etmək
hamilə qadınların qeydiyyata erkən götürülməsinə nail olmaq
hamilə qadınlar, zahılar və ginekoloji xəstələrin müvəqqəti iş
qabiliyyətinin itirilməsi ekspertizasını təşkil etmək, sağlamlıqla
əlaqədar işçinin müvəqqəti və yaxud daimi olaraq başqa işə
keçməsini müəyyən etmək, əmək qabiliyyətini daimi itirmiş
qadını müəyyən qəbul olunmuş qaydalara uyğun olaraq tibbi-
sosial ekspertizaya göndərmək
tibbi-sosial və psixoloji köməyi təmin etmək
qanunvericiliyə uyğun olaraq həkimlərin və orta tibb işçilərinin
ixtisaslarının artırılmasını təşkil etmək
öz işinin effektliliyini və tibbi köməyin keyfiyyət göstəricilərinin
təhlilini aparmaq, mama-ginekoloji köməyin yaxşılaşdırılması
istiqamətində təkliflər vermək
7
QADIN MƏSLƏHƏTXANALARININ VƏ AMBULATOR-
POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN İŞ REJİMİ
Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsinin
qeydiyyat otağında aşağıdakı məlumatlar olmalıdır:
bütün ixtisaslar üzrə həkimlərin qəbul saatları
müalicə və diaqnostika kabinetlərinin iş rejimi
qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsinin
iş saatı (8.00-19.00)
Pasiyentlərə həkimin qəbuluna, onlar üçün münasib olan vaxtda
əvvəlcədən yazıla bilmək imkanı yaradılmalıdır.
Sahə həkimi səhhətinə görə tibb müəssisəsinə gələ bilməyən
hamilə, zahı qadınlara və ginekoloji xəstələrə evdə ilkin yardım
göstərməlidir, təcili yardım müayinəsinin yarandığı zəruri hallarda
isə dərhal həyata keçirilməlidir.
Mama-ginekoloji yardımın təşkili üzrə sənədləşmə qəbul edilmiş
statistika formaları üzrə aparılmalıdır.
“Hamilə qadınlar yaşadığı ərazi üzrə qadın məsləhətxanasında və
ya poliklinikada qeydiyyatına alınaraq onlara müvafiq tibbi xidmət
göstərilir.
Hamilə qadın özəl və digər idarə tabeli tibb müəssisəsinə
müraciət etdikdə, həmin qadına antenatal xidmət onun ərazi üzrə
qadın məsləhətxanasında qeydiyyata alındığı barədə arayış təqdim
edildikdən sonra göstərilir (mövcud qanunvericiliyə əsasən). Həmin
tibb müəssisəsi yaşayış ərazisi üzrə poliklinika ilə sıx təmasda olmalı
və hamilə qadına göstərdiyi antenatal xidmət barədə hər ayın
sonunda qadın məsləhətxanasına məlumat təqdim etməlidir. Bu qrup
hamilə qadınlara mübadilə vərəqəsi və analıq məzuniyyəti ərazi üzrə
qadın məsləhətxanası tərəfindən verilir.
Evdə tibbi yardım, evə çağırış qəbul saatlarının hesabına aparılır
(1,25 saat). Həkim xəstəyə baş çəkdikdən sonra “Həkimlərin evə
çağırılması üzrə qeydlər kitabı”nda (AZS-031) və “Hamilə və zahı
qadınların fərdi müşahidə vərəqəsi”ndə (AZS-11l), “Ambulator
xəstələr tibb kartı”nda (AZS-025) müvafiq qeydlər aparır (Əlavə 2).
Həkimin təyinatı üzrə müalicə proseduru, eləcə də diaqnostika
xarakterli manipulyasiyalar, tibb müəssisəsinə gələ bilməyən
pasiyentlərə (qanın ümumi analizi) ev şəraitində orta tibb işçiləri
(mama, laborant və s.) tərəfindən həyata keçirilir.
8
Sanitar-maarifləndirmə işi yerli şərait və xüsusiyyətlər nəzərə
alınmaqla həkim və mamalar tərəfindən aparılır. Bu işin əsas
formaları: fərdi və qrup halında söhbətlər, mühazirələr, sual-cavablar
aparmalı, eləcə də nəşr və kütləvi informasiya vasitələrindən istifadə
(video, roliklər, bukletlər, vitrajlar, bülletenlər) edilməlidir.
Qadınların onların hüquqlarına dair maarifləndirilməsi
müəssisənin ştat vahidlərində nəzərdə tutulubsa, tibb müəssisəsinin
hüquq məsləhətçisi tərəfindən həyata keçirilir. Hüquq məsləhətçisi
öz işində fəaliyyətinə dair normativ hüquqi sənədləri rəhbər tutur.
Hüquq məsləhətçisi “Səhiyyə müəssisəsinin hüquq məsləhətçisi, baş
hüquq məsləhətçisinin işinin qeydiyyatı kitabı”nı tutur (AZS-087),
ailə və nikah haqqında qanunvericiliyin əsasları, qadınlar üçün əmək
qanunvericiliyində nəzərdə tutulan güzəştlər haqqında mühazirə və
söhbətlər aparır.
Həkimlər 5 ildə bir dəfədən az olmayaraq təkmilləşdirmə
müəssisələrində mövcud qaydalara uyğun olaraq ixtisaslarını
artırmalıdırlar.
Həkim tərəfindən yerinə yetirilən işlərin bütün növləri mama-
ginekoloqların iş qrafiklərində əks olunmalıdır: məsləhətxanada
qəbul, evə çağırış, patronaj, sanitar-maarifləndirmə və digər
profilaktik işlər. Həkim “Məsləhətxana, poliklinika (ambulatoriya)
həkiminin iş gündəliyi”ni (AZS-039) tərtib edir.
Xəstələrin qəbul edilməsi və müalicəsində həkimə sahə maması
kömək edir. O, alətləri, tibbi sənədləri hazırlayır, hamilə qadınları
tərəzidə çəkir, arterial təzyiqini ölçür, məsləhət və müayinələrə
göndəriş verir, qadınların müalicə prosedurunu həyata keçirir. Mama
“Məsləhətxana, poliklinika-ambulatoriya orta tibb heyətinin iş
gündəliyi”ni (AZS-039-1) tərtib edir, patronajı yerinə yetirir.
Əməliyyatönü və əməliyyatdan sonrakı sanitariya və əksepidemik
rejim Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən aparılır.
HAMİLƏ QADINLARA ANTENATAL TİBBİ XİDMƏTİN
TƏŞKİLİ
Hamilə qadınlara antenatal xidmətin təşkili zamanı Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan aşağıdakı prinsiplər
nəzərə alınmalıdır:
normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş
9
olmalı, əsassız həkim müdaxilələri minimuma endirilməlidir
antenatal qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır
antenatal qulluq regionlaşdırılmağa əsaslanmalıdır – tibb
müəssisələrinin səviyyəsinə görə müəyyən olunmalıdır; risk
qrupuna daxil olan qadınlara antenatal xidmət III səviyyəli
doğuşayardım müəssisəsinin ambulator-poliklinika şöbələrində
aparılmalıdır
antenatal qulluq elmi sübutlara əsaslanmalıdır
antenatal qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri
cəlb olunmalıdır
antenatal qulluq tam olmalıdır
antenatal qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır
hamilə qadın göstəriləcək yardımla bağlı qərar qəbul edilərkən bu
prosesdə özü iştirak etməlidir; qadın ağır vəziyyətdə (huşsuz)
olarsa qərarı ailə üzvləri verir
hamilə qadına göstərilən yardım cəmiyyətin mədəni adət-
ənənələri ilə uzlaşmalıdır
hamilə qadına yardım müsbət psixoemosional əhval-ruhiyyənin
yaradılması, qadın mənliyinə hörmət və məxfilik prinsiplərinə
əsaslanaraq qurulmalıdır
yüksək risk qrupundan olan hamilə qadında hamiləliyinin
saxlanılmasının məqsədəuyğun olması haqda rəy HMK (Həkim
məsləhət komissiyası) tərəfindən stasionarda verilməlidir
risk qrupuna daxil olan hamilə qadınlara “Fizioloji hamiləliyi
olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun
əlavə qulluq tələb olunur.
hamilə qadına göstərilən yardım mərhələləşdirilməlidir və tibb
müəssisələrinin səviyyəsinə görə bölünməlidir
Risk qrupuna daxildir:
I. Sosial-bioloji faktorlar:
yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilə qadınlar
atanın yaşı 40-dan yuxarı
BKİ <18, BKİ >30
zərərli vərdişlər
II. II. Mama-ginekoloji anamnez:
doğuşların sayı 4 və daha çox olan hamilə qadınlar
təkrari və ya fəsadlaşmış abortlar
10
Description:orqanlarına müəyyən olunmuş müddət ərzində qeydiyyat və hesabatlar verir (Əlavə 2). ▷ maddi-texniki bazası imkan verdikdə ali və orta tibb təhsili.