Table Of ContentAnadan olmasının 870 illiyinə həsr edilir
Íèçàìè Ýÿíúÿâè
Biblioqrafiya
Bakı - 2012
2 Íèçàìè Ýÿíúÿâè
UOT 016:821.512.162(05)
KBT Я19: Ш5(2=Аз).д
Tərtibçilər: Mətanət İbrahimova
Gülbahar Misirova
İxtisas redaktoru və Kərim Tahirov,
buraxılışa məsul: fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor: Mədinə Vəliyeva
Nizami Gəncəvi: biblioqrafiya /tərt. ed.: M.İbrahimova,
G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəli-
yeva; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. - Bakı,
2012.- 632 s.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azər-
baycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinin keçirilməsi
haqqında Sərəncamına əsasən Milli Kitabxana tərəfindən tərtib olunmuş
“Nizami Gəncəvi” fundamental ədəbiyyat göstəricisi şairin yubileyinə həsr
edilmişdir.
Vəsaitdə görkəmli şairin əsərləri, həyat və yaradıcılığı haqqında olan
materiallar və aforizmləri öz əksini tapmışdır.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-460-11-7
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2012.
Íèçàìè Ýÿíúÿâè 3
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, da-
hi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi
tamam olmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı
səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz his-
səsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin
ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən
iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mə-
dəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü
boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən
dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poe-
tik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-
fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yük-
səkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si in-
sanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya
ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz
ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə
açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamil-
ləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri
ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dün-
yanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incə-
sənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin
diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə
nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində
4 Íèçàìè Ýÿíúÿâè
xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə
də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tən-
qidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa
başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik
yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət
səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul
edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin
yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən eti-
barən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni
araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami
Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləş-
dirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni
irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ baş-
layır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri
Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul
edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncə-
vinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaş-
dırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu
istiqamətdə kompleks vəzifələr irəli sürərək Nizami irsinin və
ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdı-
rılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust
ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında
qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənət-
karın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin
ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan
verməmişdir.
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı
mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadr-
ların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmil-
ləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tər-
cümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərin-
də şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədə-
niyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət
Íèçàìè Ýÿíúÿâè 5
daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir
humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq
məfkurəsi işığında tədqiqini gözləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu mad-
dəsinin 32-ci bəndini rəhbər tutaraq Şərq poeziyasının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azər-
baycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə
həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-
camdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il
6 Íèçàìè Ýÿíúÿâè
TƏRTİBÇİDƏN
A
zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən bu il dahi Azər-
baycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi
qeyd edilir.
Yubiley münasibətilə M.F.Axundov adına Milli Kitabxana
tərəfindən “Nizami Gəncəvi” adlı biblioqrafiya tərtib olunmuş-
dur.
Nizami Gəncəvi haqqında ilk biblioqrafik göstərici Azərbay-
can Dövlət Kitab Palatası tərəfindən 1947-ci ildə şairin 800 illiyi
münasibətilə nəşr edilmişdir. “Böyük Azərbaycan şairi Nizami
Gəncəvi” adlı bu göstəricinin müəllifi görkəmli biblioqraf-alim
Əliheydər Qəhrəmanov idi. 1983-cü ildə nizamişünas Rüstəm
Əliyev şairin anadan olmasının 840 illiyi münasibətilə Azərbay-
can, rus, fars, ingilis, fransız, alman və ərəb dillərində “Nizami:
Qısa biblioqrafik məlumat” adlı vəsait tərtib etmişdir.
Milli Kitabxana tərəfindən oxuculara təqdim olunan “Nizami
Gəncəvi” adlı fundamental elmi-köməkçi biblioqrafik göstərici
şairin həyat və yaradıcılığına dair çap olunan materialların 1828-
ci ildən 2012-ci ilədək olan dövrünü əhatə edir.
Göstəricidə Nizami Gəncəvinin həyat və yaradıcılığının əsas
tarixləri, aforizmləri, görkəmli şəxsiyyətlərin Nizami haqqında fi-
kirləri, şairin kitabları və dövri mətbuatda çap olunmuş əsərləri,
haqqında kitablar, monoqrafiyalar, avtoreferat və dissertasiyalar,
dövri mətbuatda çap olunan məqalələr toplanmışdır. Dövri
mətbuat məqalələri isə eyni zamanda Nizami Gəncəvi bədii
ədəbiyyatda, incəsənətdə, dünya meridianlarında bölmələrinə
ayrılmışdır. Vəsaitdə ədəbiyyat bölmələr daxilində xronoloji
qaydada əlifba sırası ilə verilmışdır.
Íèçàìè Ýÿíúÿâè 7
Göstəricidə azərbaycan, rus və xarici dillərdə dərc olunmuş
ədəbiyyat öz əksini tapmışdır.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə
sonda Nizami Gəncəvinin əsərlərinin, haqqında yazmış mü-
əlliflərin və şairin sözlərinə musiqi bəstələmiş bəstəkarların əlifba
göstəricisindən ibarət köməkçi aparat tərtib edilmişdir.
Biblioqrafiya mütəxəssislər, tədqiqatçılar, kitabxanaçılar,
tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və
oxuculara əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradla-
rını M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına
göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29.
E-mail: [email protected]
URL: www.anl.az
8 Íèçàìè Ýÿíúÿâè
DAHİ AZƏRBAYCAN ŞAİRİ
VƏ MÜTƏFƏKKİRİ
Nizami Gəncədən doğdu,
Azərbaycan göylərinə qalxdı
Və bütün dünyaya işıq saçdı.
D
aha çox savaşlar, qətl-qarətlər, zülm və ədalətsizliklər,
riyakarlıq və xəyanətlər, dağıntı və fəlakətlər tarixi olan bəşər
tarixi həm də bir neçə dahi övladı ilə qürur duymağa haqlıdır.
Əslində, vəhşi instinktləri ilə yırtıcı heyvandan o qədər də fərq-
lənməyən bəşəriyyət bu cür yaradıcı şəxsiyyətlərin çiyinləri
üzərində durur. Gilqameş, Homer, Konfutsi, Budda, Firdovsi,
Nizami, Sədi, Füzuli, Şekspir, Puşkin... Hər halda, iki əlin bar-
maqlarından çox olmaz bunların sayı.
İsa Məsihin doğum günündən hesablanan eranın XII yüzil-
liyində Yaxın və Orta Şərqin poeziya göylərində bir günəş kimi
parlayan Azərbaycanın dahi oğlu Nizami Gəncəli (1141-1209)
sonrakı əsrlərdə mütərəqqi humanist fikirlərinin və əlçatmaz
poetik sənətkarlığının sintezi olan yaradıcılığının işığını bütün
dünyaya saldı.
İlyas Yusif oğlu Nizami heç bir əsərində “Gəncəvi” nisbəsini
işlətməyib; onun ədəbi məktəbinin Əmir Xosrov Dəhləvi, Əmir
Əlişir Nəvai, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi
ardıcılları da onun Gəncədən olduğunu dönə-dönə qeyd etsələr
də, haqqında danışarkən “Gəncəvi” nisbəsini işlətməyiblər.
Yalnız XV yüzillikdən sonra “Nizami” ədəbi təxəllüsü ilə yazan
başqa şairlər meydana çıxarkən Nizamiyə Gəncəvi, bəzən də
Gənceyi nisbəsini qoşublar ki, bu da ərəb dilindən tərcümədə elə
“Gəncəli” deməkdir. Bu səbəbdən də, bu yazımızda şairimizin
adını “Nizami Gəncəli” variantında işlətməyi məsləhət bildik.
Íèçàìè Ýÿíúÿâè 9
Üstəlik, rus qaynaqşünaslığında da antik və orta əsrlərin müəllif-
lərindən bəhs edərkən onların doğulduğu yerin sonuna rus dilin-
dəki şəkilçilərin artırılması təcrübəsi də geniş yayılıb; məsələn:
Aleksandr Makedonski, Diogen Laertski, Foma Akvinski və b.
Buradakı “ski” şəkilçisi məhz bizim “lı, li, lu, lü” şəkilçisinin
analoqudur.
Nizami dühası bu gün də dünya ədəbi-mədəni və ictimai-
fəlsəfi fikrində öz mövqeyi, sayı-sanbalı olan qlobal əhəmiyyətli
fenomenal hadisələrdən biridir. Buna görədir ki, dünya ədəbi-
elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt səngimir,
zaman-zaman şairin ölməz əsərləri istər Qərb, istərsə də Şərq
dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi
prosesində öz rolunu oynayır.
Ancaq onu da etiraf edək ki, dahi şəxsiyyətlər ətrafında
həmişə söz-söhbət, müəyyən mənada süni problem yaratmaq
cəhdləri də həmişə olub. Elə götürək “Homer problemini”, ya da
hələ də səngimək bilməyən “Şekspir problemini”. Bu mənada
Nizamini də problemli dahilər sırasına aid etmək olar. Bəs
Nizaminin problemi nədədir? Əlbəttə ki, onun milli mənsubiyyəti
ətrafında gedən mübahisələrdə. Buna görə də, şairimizin həyat və
yaradıcılığının araşdırılmasına keçməzdən öncə, bu “problemə”
münasibətimizi bir daha bildirmək istərdik.
Təəssüf ki, hələ də informasiya kasadlığından əziyyət çəkən
bəzi elmi (çox vaxt da populist) dairələrdə məlumatsızlıqdan, ya
da qəsdən Nizamini İran şairi kimi qələmə vermək ənənələri və
cəhdləri özünü göstərir. Bu cür cəhdlərin qarşısını almaq yolunda
ən yaxşı vasitə - dahi azərbaycanlının əsərlərinin onun doğma
həmvətənləri tərəfindən müntəzəm olaraq araşdırılması, qiymət-
ləndirilməsi, nəşri, təbliği və tərcüməsidir ki, nizamişünaslıq
sahəsində bu cür vüsətli iş, İran da daxil olmaqla, Azərbaycandan
başqa heç bir ölkədə aparılmır.
Bununla yanaşı, Nizaminin Azərbaycan torpağının yetirməsi,
Azərbaycan şairi olduğunun sübutu bir neçə başqa arqumentə də
söykənir ki, onlardan bəzilərini aşağıda təqdim edirik:
İstər şairin özü, istərsə də ondan sonra Nizami haqqında yaz-
mış bütün orta əsr qaynaqları, bu böyük sənətkarın 1141-ci ildə
10 Íèçàìè Ýÿíúÿâè
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə
Azərbaycan Atabəylər dövlətinin (1136-1225) paytaxtlarından
biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azər-
baycanda – Gəncədə yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq
edir.
Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə
şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini
türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai və siyasi
proseslərində mühüm rol oynadığı da, eramızın II yüzilliyindən,
yəni Nizami dövründən hələ min il əvvəl roma tarixçiləri və
coğrafiyaçıları, V əsrdən başlayaraq isə bizans, gürcü, erməni və
ərəb tarixçiləri tərəfindən təsdiq edilmişdir.
Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir
də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin
dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Həm də
Gəncə türk oğlu türk olan Azərbaycan Atabəylərinin paytaxtı idi.
651-ci ildə dövlətçiliyini itirən İran (irandilli xalqların
dövlətçiliyi nəzərdə tutulur) bir də onu 1300 ildən sonra Pəhləvi
sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndə bərpa
etmişdi. Uzun əsrlər boyu hakimiyyətdə olmuş türk sülalələri
tabeliklərindəki bütün xalqlara tolerant münasibət bəsləmiş, hətta
fars dilində yaranan poeziyaya mesenatlıq etmişdilər.
Tarixi arqumentləri bir kənara qoyub, yalnız onu göstərmək
kifayətdir ki, Nizaminin iki poemasında – “Xosrov və Şirin” və
“Yeddi gözəl” əsərlərində İranda dara düşən Xosrov və Bəhramın
qurtuluş üçün Azərbaycana qaçdıqları təsvir edilmişdir. Orta
əsrlər tarixindən məlumdur ki, bir ölkədə dayaqlarını itirmiş, ya-
xud qəzəbə gəlmiş hökmdar və ya şahzadələr özlərini qurtarmaq
üçün başqa ölkədə sığınacaq tapardılar. Əgər Gəncənin də
yerləşdiyi Azərbaycan İran ərazisi olsaydı, onda İrandan İrana
qaçmağın nə mənası var idi?
Nizaminin avtobioqrafik materiallarla ən zəngin poeması
“Leyli və Məcnun”da şair öz anasının kürd qızı olduğunu
bildirmiş, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü
ilə “ikdiş”, yəni “metis” (iki müxtəlif millətin nümayəndələrinin
nikahından doğulan uşaq) adlandırmışdır:
Description:alman və ərəb dillərində “Nizami: Qısa biblioqrafik məlumat” adlı vəsait tərtib etmişdir. Milli Kitabxana tərəfindən oxuculara təqdim olunan “Nizami.