Table Of ContentİMRAN AXUNDOV
FATMA QƏDRİ
Bakı-2017
Redaktor: H. M. Nəbili
Əməkdar mədəniyyət işçisi
İmran Axundov. Fatma Qədri. Monoqrafiya.- Bakı: 2017. – 131 səh.
Monoqrafiyada bu il 110 yaşı tamam olan, görkəmli səhnə
ustası, xalq artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa Fama
Qədrinin həyat və yaradıcılığından bəhs olunur. Onun ifa etdiyi müxtəlif
xarakterli obrazlar təhlil edilir.
A-062-17
© İ. Axundov, 2017
FATMA QƏDRİ
(14.04.1907 – 29.02.1968)
GİRİŞ
Əsl aktyor kimi çalışmaq,
həyəcanlanmaq və işə
can yandırmaq istəyirəm.
Xalq artisti Fatma Qədri
Altmış iki illik ömrünün qırx ilini teatr sənətinə həsr etmiş
xalq artisti Fatma Qədri maraqlı səhnə ömrü yaşamış nadir
sənətkarlardandır. O, səhnəyə sıxdığı ilk günlərdən özündən əvvəl
ki, səhnə ustalarından çox şey öyrənmiş, sənətini bu görkəmli
sənətkarların ənənələri konteksində inkişaf etdirməyə nail
olmuşdur. F. Qədri ifa etdiyi hər hansı rolu sənətkar qəlbinin istisi
ilə qızdıra bilirdi. Onun klassik və müasir əsərlərdə yaradığı
zəngin xarakterli obrazlar aktrisanın daxili zənginliyinin bariz
nümunəsi idi.
Böyük və kiçik rolları eyni hərarətlə yaradan bu böyük
sənətkar obrazı boyalarla, hərəkət, jest və mimika ilə bəzəyərək,
ümumi ansambl səviyyəsinə yüksəldə bilirdi.
Fatma Qədri ifa etdiyi obrazları düzgün boyalarla
zəngiləşdirərək, tamaşaçıları yaratdığı personajın ətrafına toplaya
bilirdi. Aktrisa yaradıcılıq axtarışlarından və düşüncələrindən ayrı
təsvir etmək mümkün deyildir. O, daim yaradacağı obraz haqqında
düşünmüş və tamaşaçıları da düşünməyə məcbur etmişdir.
F. Qədri yaratdığı obrazları daim təkmilləşdirmiş və
kamilləşdirmişdir. Onun istər mənfi və istərsə də müsbət obrazları
eyni yaradıcı düşüncənin məhsulu idi. Aktrisa müxtəlif xarakterli
qadınların halına acımaqla bərabər, onlara haqq qazandırırdı. Ona
görə də Fatma xanımın ifa etdiyi müxtəlif millətlərdən olan
qadınları tamaşaçılarda sevirdilər.
5
I FƏSİL
HƏYATI VƏ SƏHNƏ FƏALİYYƏTİNİN
BAŞLANĞIC DÖVRÜ (1907-1925)
Fatma Qədrinin yaradıcılığı təbiiliyi,
həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi.
Onu dünya teatrının Adelaida Ristori, Eleonora Duze və
Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar.
Adilə İsmayılova
Azərbaycan səhnəsinin fəxr olunası aktrisalarından biri də
xalq artisti Fatma Qədir qızı Qədridir. Bu görkəmli səhnə ustası,
incə duyğulu insan və neçə-neçə aktyor və aktrisanın müəllimi
olan Fatma xanım 1907-ci ildə aprel ayının 14-də, gözəl bir yaz
fəslində Rusiyanın Odessa şəhərində dünyaya gəlmişdir. İbtidai
təhsili mədrəsədə, orta təhsilini rus dilində alan F. Qədri çox gənc
yaşlarında ailəsi ilə Bakı şəhərinə köçür və Azərbaycan Pedaqoji
İnstitutunu bitirir. İnstitutda təhsil aldığı müddətdə aktyorluq
sənəti ilə maraqlanmış, 1923-cü ildə yeni təşkil olunmuş teatr
məktəbinin müdiri Şövkət Məmmədovanın məsləhəti ilə
Azərbaycan Teatr Texnikumuna daxil olur. Burada görkəmli
rejissor, xalq artisti A. A. Tuqanovun sinfinə oxuyur və həmçinin
M. A. Mudrov, V. V. Sladkopevsev kimi zəngin təcrübəyə malik
olan müəllimlərdən sənətin sirlərini mənimsəyir, 1926-ci ildə oranı
başa vurur, ilk buraxılışda aktyor diplomunu alır. Teatr
texnikumunda yeganə qadın Fatma Qədri idi. O, tələbəlik dövrünü
“Həyatımdan səhifələr” adlı xatirələrində belə qeyd edir; “Zəng
çalınır... Azərbaycanın ilk Teatr Məktəbində (1922-ci ildə
Azərbaycan Dövlət Teatr məktəbi fəaliyyətə başlamışdır-İ.A)
6
birinci məşğələ başlanır... Həyəcanlı tələbələr səs-küylə öz
yerlərini tuturlar. Onların nəzərləri qarşıdakı direktor kabinetinin
qapısına dikilmişdir. Hamı bir-biri ilə pıçıldaşır, elə bu gün
Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri üzvü, akademik
Vyaçeslav İvanovu tezliklə görməyə və dinləməyə tələsir...
Nəhayət, qapı açılır, Teatr Məktəbinin direktoru Şövkət
xanım Məmmədova və Vyeçeslav İvanov görünürlər...
... Biz otağa girənləri sürəkli alqışlarla qarşıladıq. Şövkət
xanım səs-küy kəsilən kimi, İvanovu bizə təqdim etdi...
Tanınmış akademik Vyaçeslav İvanovun incəsənət barədə
mühazirəsini dinlədikcə mən özümü tamam unutmuşdum. Böyük
maraqla ona qulaq asır, vaxtilə incəsənət haqqında düşünməyə belə
hüququ çatmayan bir qızın, indi Teatr Məktəbinin tələbəsi
olmasına inana bilmirdim...
Sonrakı iki saat aktyor sənətinə həsr olunmuşdu. Bu çox
vacib fənni Aleksandr Aleksandroviç Tuqanov aparırdı. O,
ucaboylu və təmkinli idi. İçəri girib bizimlə salamlaşdı. Böyük
maraqla hamıya nəzər salıb gülümsədi. Sözünü onunla başladı ki,
incəsənət bir məbəddir, ora qara fikirlə, çirkli ayaqla girmək
olmaz... Və yüksək teatr ənənəsi, teatr üçün vacib sayılan, hərbdə
olduğu kimi möhkəm nizam-intizam haqqında danışdı. Daha sonra
sənət yolundakı çətinlikləri dəf etməyə, yaşamağa və teatrda
çalışmağa köməklik göstərən sənətə məhəbbətdən dedi.
Bu, Aleksandr Aleksandroviç Tuqanovun ilk mühazirəsi
idi. O məndə unudulmaz təəssürat oyatdı və ömrüm boyu
xatirimdən çıxmadı. Bəlkə də, həmin gündən bütün həyatımı
incəsənətə, teatra həsr etmək fikrinə düşdüm. Mən Tuqanovun
danışdığı böyük sənət ustalarına bənzəmək istəyirdim.
Sarsılmış halda evə döndüm. Mənliyimdə böyük mübarizə
gedirdi; ailə, ağır həyat, qohumlarımın məni aktyor görmək
istəməmələri, iztehzalar, söz-söhbətlər. Elə həmin gün axşam Ali
Qadın Pedaqoji İnstitutuna məşğələyə getdim. İkinci kursda
oxuyurdum. Teatr Məktəbinə daxil olduğumu hamıdan
gizlədirdim. Əlbəttə, iki təhsil müəssisəsində məşğul olmaq mənim
7
üçün çətin idi. Amma qərara gəlmişdim ki, heç birini buraxmayım.
Teatr Məktəbində məşğələlər olduqca maraqlı keçirdi... Həmin il
mən dramaturq Cəfər Cabbarlı ilə tanış oldum. O, Teatr
Məktəbinin tələbəsi deyildi, ancaq demək olar ki, bütün mühazirə
məşğələlərinə gəlirdi. Sakitcə, hiss olunmadan içəri girərək utana-
utana küncdə hər hansı bir yerdə oturar və diqqətlə qulaq asardı.
O məndə olduqca xoş təəssürat oyatmışdı. Həmişə eynək
taxar, təmiz və sadə geyinərdi. Artıq tanınmış dramaturq olmasına
baxmayaraq, onun çəkinmədən vaxt tapıb öz biliyini
zənginləşdirmək üçün mühazirələrdə iştirak etməsi mənə çox xoş
gəlirdi.
İkinci tədris ilində Leninqraddan (indiki Sankt Peterburq-
İ.A.) professor Vladimir Vladimiroviç Sladkopevtsev dəvət
olundu. O da aktyor sənətindən dərs deyirdi. Məşğələlərini
özünəməxsus bir şəkildə, ancaq maraqlı aparırdı. Onun
məşğələlərində şərti teatr ünsürləri çox olardı. Səhnədə hərəkətə
xüsusi diqqət yetirir və deyirdi: “Minimum hərəkət-maksimum
ifadə”. Biz bunu öyrəndik. Onun məşğələlərini çox sevir,
əvvəlcədən hazırlaşır, əyləncəli etüdlər düşünür, həmişə
təriflənirdik. Bəlkə də, biz bunları lazımi səviyyədə yerinə yetirə
bilmirdik. Lakin o, nöqsanları elə göstərməyi bacarırdı ki, biz
ruhdan düşmür, əksinə, daha ilhamla və böyük səylə işimizi davam
etdirirdik...” (16).
Beləliklə, Fatma Qədri Azərbaycanda ali təhsil almış ilk
profssional aktrisa olur. Sənət müəllimi Aleksandr Tuqanov
diplom tamaşasında ona M. F. Axundovun “Hacı Qara”
komediyayasında Sona obrazını tapşırır.
“Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün
işləri bizim öhdəmizə buraxmışdı. Ancaq hiss olunmadan,
məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit,
tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə
deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşdı.
Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən
artıq həyacanlanırdım. Nəhayət tamaşa günü gəlib çatdı.
8
Tamaşanın başlanmasına iki saat qalmış teatra gəldim və
qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan
stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, bizə ürək-
dirək verdi. Ancaq özü də bir az narahat idi. O bizim Azərbaycan
teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və
tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra
çoxlu gül-çicəklər gətirdilər. Hamı bir-birini təbrik edir,
qucaqlayıb öpürdü” (16). İlk obraz uğurlu alınır. Onun ifa etdiyi
Sona A. Tuqanovun xoşuna gəlir. “Onun diplom tamaşasında
yaratdığı Sona (“Hacı Qara”) gözəl təbiəti, sadəliyi, cəsarəti və
inandırıcılığı ilə diqqəti cəlb edirdi” (14).
Teatr Məktəbini bitirəndən sonra Fatma Qədri təhsil aldığı
tələbə yoldaşları ilə birlikdə A. Tuqanovun təşəbbüsü ilə Xalq
Maarif Komissarlığının vasitəsilə Moskvaya ezam olunurlar.
Onlarla birlikdə müəllimləri V. V. Sladkopevtsev və məktəbin
direktorunun müavini Ağakərim Şərifov da yola düşürlər. F. Qədri
Moskvanı ilk dəfə idi ki, görürdü. Ona görə bu böyük şəhərdə bərk
həyacan keçirirdi. Onun arzusu Bədaye və Malı teatrlarında olmaq
idi. O, Malı teatrlarında çalışan Mixail Semyonoviç Şepkin (1788-
1863), Pavel Stepanoviç Moçalov (1800-1848) və Mariya
Nikolayevna Yermolova (1853-1928) kimi sənətkarlar haqqında
çox oxumuşdu. Ona görə onların çalşdığı teatrı görmək Fatma
xanıma nəsib oldu. O, həmçinin Bədaye teatrında teatr
nəzəriyyəçisi, pedaqoq, aktyor, SSRİ xalq artisti Konstantin
Sergeyeviç Stanislavski (1863-1938) ilə tanış olur.
Moskvada olan müddətdə F. Qədri yoldaşları ilə birlikdə
Meyerxold teatrında da olur. Bu teatrda onları Vsevolod Emiloviç
Meyerxold (1874-1940) özü qarşılayır və səhnə arxasına aparır.
Onları teatrın daxili ilə tanış edir. Meyerxoldla tanış olan V. V.
Sladkopevtsev tələbələrini Vsevolod Emiloviçə təqdim edir. O da
mehrbanlıqla qonaqların salamlayır və onların əlini sıxır. Və
Meyerxold onlara özünün teatrı, repertar və aktyorları barədə
məlumat verir. Sonra qonaqları A. N. Ostrovskinin “Meşə”
9
pyesinin tamaşasına baxmağa dəvət edir və tamaşa qonaqların
xoşuna gəlir.
10
Description:Altmış iki illik ömrünün qırx ilini teatr sənətinə həsr etmiş xalq artisti Fatma Qədri maraqlı səhnə ömrü yaşamış nadir sənətkarlardandır. O, səhnəyə