Table Of ContentAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTLITü
ƏSƏDULLA QÜBRƏT OĞLU CƏFƏROV
AZƏRBAYCANIN
İLK
SAKİNLƏRİ
Bakı-Elm-2004
Rəyçilər: 1. Vəli Əliyev - Azərbaycan Milli
A.kcıcİ€ffiiycısiHiH
fyıüxbiv üz\ larix elmləri doktoru,
professor
2. Qüdrət İsmayılzadə
tarix elmləri doktoru, professor
Əsədulla Cəfərov. Azərbaycanın ilk sakinləri. Bakı, Elm-
2004, 220 səh. + fotolar və əmək alətlərinin şəkilləri.
ISBN 5-8066-1662-2
Əsərdə Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar
əsasında Respublikamızın ərazisində yaşamış ilk sakinlərin uzaq
keçmişindən, əmək alətləri hazırlamasından, ovçuluq, yığıcılıq
təsərrüfatından, ibtidai yaşayış tikililəri yaratması, odu kəşf etməsi, öz
istək və arzularını qayalar üzərinə həkk etməsindən və Qarabağın ən
qədim tarixindən başlamış müasir dövrə qədərki insanlığın keçdiyi tarixi
inkişaf mərhələləri şərh olunur.
0503020907
C
655(07)-2004
MÜNDƏRİCAT
GİRİŞ ................................................................................. 4
Coğrafi şərait və qədim insanlar ........................................ 9
İnsanlığın şəhəri - bəşərin ulu düşərgəsi .......................... 14
Olduvay mədəniyyəti ....................................................... 26
Azərbaycanın ilk sakinləri. Quruçay mədəniyyəti .......... 32
Aşel mədəniyyəti ............................................................. 42
Mustye mədəniyyəti ......................................................... 56
Üst paleolit ....................................................................... 77
Mezolit və neolit mədəniyyəti ......................................... 79
Ovçuluq, yığıcılıq və heyvanat aləmi .............................. 86
Fransanın paleolit düşərgələri .......................................... 95
Qafqazın paleolit düşərgələri ......................................... 102
Arxeoloji düşərgələrdən tapılmış qədim insan
qalıqları ................................................................... 108
Eneolit dövrü ................................................................ 114
Azərbaycan tunc dövründə ............................................ 116
Azərbaycan antik və orta əsrlərdə .................................. 120
Azərbaycan xalqının təşəkkül tarixinin mərhələləri... 125
İlk sakinlərin mənəvi aləmi ........................................... 129
Erməni terrorçularının fitnəkar əməlləri ........................ 145
Qarabağ arxeoloji və tarixi mənbələrdə ......................... 153
Qarabağın ilkin adları və onun tarixini
saxtalaşdırmaq cəhdləri .......................................... 198
Nəticə ............................................................................. 204
İstifadə olunmuş ədəbiyyat ............................................ 214
Fotolar və əmək alətlərinin şəkilləri .............................. 221
Kitab dünyasını dəyişmiş Azərbaycan
alimlərinin və Qarabağ uğranda həlak
olmuş oğul və qızlarımızın əziz xatirəsinə
həsr olunmuşdur.
GİRİŞ
İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi
və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən
əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq
keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.
1969- cu ilədək belə hesab edilirdi ki, ilk ibtidai
insanların meydana gəlməsi və onların daşdan əmək alətləri
hazırlayıb istifadə etməsi 800 min il bundan əvvəldən
başlanır. Lakin 1960-cı illərin sonunda və 1970-ci illərdə
Şərqi Afrika ərazisində aparılan arxeoloji tədqiqat işləri
zamanı ən qədim ibtidai insanların 2,6-3 milyon il bundan
əvvəllərdən başlayaraq çay daşlarından əmək alətləri
hazırlamağa başlamalarına aid zəngin arxeoloji materiallar
aşkar olunmuşdur. Şərqi Afrikanın Olduvay dərəsində,
Efiopiya və Keniya ərazilərində aparılan arxeoloji tədqiqatlar
zamanı tapılmış maddi mədəniyyət qalıqları insanlığın
yaranma tarixinin 3 milyon il bundan əvvəldən başlanmasını
söyləməyə imkan verdi və bu, tarixin daha qədim olduğunu
göstərdi. Məhz qeyd olunan ölkələrin ərazilərindən tapılmış
maddi mədəniyyət nümunələri əsasında YUNESKOnun
1969-cu ildə olan xüsusi elmi konqresi qədim insanların ilk
əmək aləti hazırlaması tarixinin 2,6-3 milyon il bundan
əvvəldən başlanması haqqında qərar qəbul etmişdir. Bu farix
beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul olunmuşdur.
Elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, qədim
insanların ilk dəfə düzəltdikləri daş alətlər olduqca kobud
şəkildə hazırlanmış çapma alətlərdən ibarətdir. Zaman
keçdikcə insan şüu
4
,
ru, təfəkkürü inkişaf etmiş və bunun nəticəsində ibtidai
insanların hazırladıqları əmək alətləri də təkmilləşmişdir.
Qədim insanların əmək alətləri əsasən çay daşından
hazırlandığına görə bu dövrə Daş dövrü adı verilmişdir. Daş
dövründə insanlığın uzaq keçmişinin inkişafı daş alətlərin
təkmilləşməsində və yeni-yeni alətlərin meydana çıxmasında
öz əksini tapmışdır.
Şərqi Afrikanın Olduvay dərəsində, Efiopiya və Keniya
ərazilərində aşkar olunmuş maddi mədəniyyət qalıqları
tarixə Olduvay mədəniyyəti kimi daxil olmuşdur. Olduvay
mədəniyyəti planetimizin ilk sakinlərinin ən qədim inkişaf
mərhələsi olub, 2,6-3 milyon il bundan əvvəl başlanmış və
700 min il bundan qabaq sona çatması müəyyən olunmuşdur.
Lakin son 12 ildə Şərqi Afrikanın Keniya, Tanzaniya və
Efiopiya ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar
zamanı yaşı 3-6 milyon illərə aid yeni arxeoloji və
paleoantropoloji tapıntılar aşkar olunmuşdur.
1992-ci ildə Efiopiyanın Aramis adlı paleolit
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı yaşı 4,4
milyon ilə bərabər olan «Ardipikekus ramidus» adlı qədim
insan kəlləsi və primitiv hazırlanmış daş alətlər tapılmışdır.
1994-2002-ci illərdə Keniyanın Türkanə gölü yaxınlığında
aparılan arxeoloji tədqiqatlar zamanı bir neçə qədim insan
kəlləsi ilə birlikdə kobud daş alətlər aşkar olunmuşdur.
Aparılan elmi araşdırmalar zamanı kəllələrin birinin yaşı 3,5
milyon il, digərlərinin yaşı isə 6 milyon ilə bərabər olması
müəyyən edilmişdir. Ümumiyyətlə, Şərqi Afrika ərazisində
aparılan kompleks elmi tədqiqatlar zamanı 21 paleolit
düşərgəsindən yaşı 3 milyon il ilə 6 milyon illər arasında
arxeoloji və paleoantropoloji tapıntılar qeydə alınmışdır.
Beləliklə, son 12 ildə Şərqi Afrika ərazisində aparılan
kompleks arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş
arxeoloji
və paleoantropoloji tapıntılar qədim insanın və onun
5
hazırladığı əmək alətlərinin yaşının 6 milyon ilə bərabər
olmasını söyləməyə əsas vermişdir.
1989-cu ildən Dmanisi paleolit düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı yaşı 1,7-1,8 milyon ilə bərabər
olan arxeoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir.
Fransa ərazisində aparılan elmi axtarışlar zamanı
Sent-aşel düşərgəsində kobud çapma alətləri və əl
çapacaqları aşkar olunmuşdur. Bu tapıntılar tarixə aşel
mədəniyyəti kimi daxil olunmuşdur və ilk dəfə tapıldığı
yerin adı ilə adlandırılmışdır. Fransa alimlərinin apardığı
elmi tədqiqatlar zamanı aşel mədəniyyətinin bir neçə inkişaf
mərhələsi keçməsi müəyyən olunmuşdur. Aparılan arxeoloji
tədqiqatlar zamanı məlum olmuşdur ki, aşel mədəniyyəti
bəşər tarixində 700 min il bundan əvvəl başlanmış və 120
min il bundan qabaq sona çatmışdır. Fransanın Lö-Mustye
mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı
bəşər tarixi üçün yeni arxeoloji maddi mədəniyyət
nümunələri tapılmışdır. Lö-Mustye abidəsinin əmək alətləri
tarixə mustye arxeoloji mədəniyyəti kimi daxil olmuşdur.
Arxeoloqlar müəyyən etmişlər ki, mustye mədəniyyəti
120 min il bundan əvvəl başlanmış və 35 min il bundan
qabaq sona çatmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı
müəyyən olunmuşdur ki, 35 min il bundan əvvəllərdə mustye
mədəniyyətini üst paleolit əvəz etmişdir. Avropa ərazisində
üst paleolit mədəniyyəti 4 inkişaf mərhələsindən: orinyak,
solyutre, madlen və azildən keçmişdir. 12 min il bundan
əvvəllərdə üst paleolit sona çatmış və onu mezolit (orta daş
dövrü) əvəz etmişdir. Mezolit dövrünü isə 9-7-ci
minilliklərdə mövcud olmuş neolit (yeni daş dövrü) əvəz
etmişdir. Qeyd olunan dövrlərdə əsas əmək alətləri və
ovçuluq silahları daşdan hazırlandığına görə, insanlığın
keçdiyi uzun bir tarixi inkişaf dövrünə daş dövrü adı
verilmişdir. Aparılan kompleks arxeoloji tədqiqatlar
zamanı hazırda müəyyən olmuşdur ki, bəşər tarixində daş
dövrü 6 milyon il bundan əvvəl başlanmış və 7 min il bundan
qabaq sona çatmışdır. Daş dövrünü 7-5 minilliklərdə
mövcud olmuş eneolit (mis-daş dövrü), mis- daş dövrünü
5-2-ci minilliklərdə mövcud olmuş tunc dövrü əvəz etmişdir
və tunc dövrü I minilliyin əvvəllərində sona çatmış, onu
dəmir dövrü əvəz etmişdir. Bəşər tarixində sonralar dəmir
dövrünü antik dövrü (eradan əvvəl IV və eramızın IV əsri)
əvəz etmişdir. Antik dövrü sona çatdıqdan sonra orta əsrlər
(V-XVI əsrlər), yeni tarix (XVII-XIX əsrlər) və ən yeni
tarixlə (XX əsrdən) əvəz olunmuşdur. Beləliklə, bəşər tarixi
uzun bir inkişaf dövrü keçmişdir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar zamanı ilk sakinlərinin məskunlaşmasına aid
zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və
bunun nəticəsində respublikamızın ərazisinin insanın
formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin
yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai
insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa
başlamasına aid ən qədim arxeoloji və paleontoloji
materiallar tapılmışdır.
Kitabda Azərbaycanın Araz, Quruçay, Arpaçay,
Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar
olunmuş Olduvay, Aşel, Mustye, Orinyak, So- lyutre,
Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar
mədəniyyətlərinin maddi mədəniyyət nümunələri haqqında
zəngin arxeoloji materiallar öz şərhini tapmışdır.
Əsərdə respublikamızın ərazisində tapılan qədim insan
düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları
əsasında burada ibtidai insanların mağara həyatından, əmək
alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla
tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və
Qarabağın qədim tarixindən bəhs olunur. Eyni zamanda
dünyanın
ən qədim insan məskənləri olan Olduvay, Türkanə, Azıx,
Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Ku- daro, Tağlar,
Qazma və başqa arxeoloji abidələr haqqında zəngin elmi
məlumatlar verilmişdir. İlk sakinlərin bu ərazi və
düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən
qədim tariximiz maddi mənbələr əsasında şərh edilmişdir.
Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan
kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın
ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş,
eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət
məskən salıb formalaşması elmi faktlarla sübuta
yetirilmişdir.
COĞRAFİ ŞƏRAİT VƏ QƏDİM İNSAN
Aparılan elmi tədqiqatlar göstərir ki, planetimizin ilk
sakinləri lap qədim zamanlarda bir yerdə yaşamış, birlikdə
yemək, sığınacaq axtarmağa başlamış, vəhşi heyvanlardan
qorunmaq, ilk əmək alətləri, ibtidai tikili yerləri hazırlamaq
və süni od əldə etmək üçün birlikdə yaşamaq
məcburiyyətində qalmışlar. Birgə yaşayış ulu sakinlərimizin
qarşısına çıxan çətinlikləri aradan qaldırmağa kömək etmiş
və bu günə qədər gəlib çıxmış maddi və mənəvi sərvətlərin
yaradılmasına səbəb olmuşdur. Maraqlıdır ki, istər Afrikada,
Avropada, Asiyada və istərsə də Azərbaycanda ilk qədim
insanlar bir məskəndə - mağaralarda yaşamış, yeməkləri də
bir növ - mağara ayıları, nəhəng marallar və təbiətin hazır
nemətləri olmuşdur. Onlar özlərinin incəsənət əsərlərini də
bir yerə - qayalar üzərinə yazmışlar. İstər Qobustan qayaüstü
rəsmləri, Kəlbəcər, Gəmiqaya, Fransa, İtaliya və istərsə də
Afrikadakı qayalar üzərinə ulu sakinlərin həkk etdikləri
incəsənət əsərləri dediklərimizi bir daha təsdiq edir.
Hal-hazırda planetimizdə müxtəlif xalqlar yaşayır.
Onların dilləri, məşğuliyyəti, mədəniyyəti, ictimai- iqtisadi
quruluşları və dinləri müxtəlifdir. Lakin alimlərin apardıqları
elmi tədqiqatlar göstərir ki, ən ulu sakinlərimizin ilkin səhər
çağında əmək fəaliyyəti, formalaşma xüsusiyyətləri, çay
daşlarından hazırladıqları əmək alətləri 6 milyon il bundan
əvvəl tamamilə bir- birinə yaxın və demək olar ki, oxşar
olmuşdur. Ən qədim ibtidai insanlar ilk zamanlar çay
daşlarından əmək aləti hazırlamış və bu alətlərdən özünün
məşğuliyyəti üçün istifadə etməyə başlamışdır.
İnsanın özünü də məhz əmək yaratmışdır. Əmək
fəaliyyəti nəticəsində ibtidai insanlar heyvanlar aləmindən
birdəfəlik ayrılmışlar. Təxminən 6 milyon il bundan əvvəl
ibtidai insan adi çay daşını götürüb ondan
Description:minilliklərdə mövcud olmuş neolit (yeni daş dövrü) əvəz etmişdir. Qeyd olunan dövrlərdə əsas əmək alətləri və ovçuluq silahları daşdan hazırlandığına