ebook img

İblisin Oyunu romanı. Nicat Kazımov PDF

136 Pages·2017·0.86 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview İblisin Oyunu romanı. Nicat Kazımov

! ! ! ! Nicat Kazımov ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! İblisin oyunu! ! ! ! ! ! ! ! ! ! ! ! (roman) ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! Apastrof. 2011! ! ! ! ! ! ! I! HİSSƏ! ! ! ! !Başlanğıc! B!irinci fəsil! Yarıqaranlıq otaq… sükuta qərq olmuş dörd divar. Pərdələrin arasından daxil olan işıq içərini aydınlatmağa çalışır, çöldəki dekabr küləyi otağın sakitliyinə hakim kəsilmək istəyir… Parkda oynayan uşaqların şirin səsi küləklə ahəngləşərək insana gözəl hisslər bəxş edir. Amma, deyəsən, bu səs otaqda səhərə yaxın yuxuya gedən cavan oğlana pis təsir edir. Ümumiyyətlə, o yatanda gərək tam səssizlik olsun. Çünki, o, gecələryata bilmir. Kitab oxumaq və sənədlərə nəzər salmaqla gecəni keçirir. Elə ki, səhərlər açılır, onun yuxusuna haram qatılır. Axı onun tam fərqli bir çalar saatı var. Təqribən həmişəki vaxtda onun ən nifrət etdiyi səs qapısının a!stanasından duyuldu:! – Ayan, ay Ayan. Məni də gözlə. Ayan, məni eşitmirsən? – Altmış yaşlı qadın həyasızcasına q!ışqırdı.! –! Gəl də gözləyirəm, – deyə azyaşlı qız səsi eşidildi.! Onlar Xətayinin Bakıdakı mənzilinin qapı qonşusu idi. Nailə nənə hər gün balaca Ayanı baxçaya aparanda belə səs-küy düşür. Aylardı Xətayi bu mənzildə qalmasına baxmayaraq, o, uşağın – o!nu oyadan məşhur balaca Ayanın üzünü görməmişdi.! Xətayi göz qapaqlarını ağır-ağır, üzünü turşudaraq açdı. Ağzındakı qəribə dad onu narahat edirdi. Tavanda yaranan hörümçək toruna nəzər saldı. İri bir milçək tora düşmüşdü. Hörümçək dərhal şikarının üzərinə cumub qanını sormağa başladı. Xətayinin üzündə soyuqqanlılıqla təbəssüm yarandı. “Mənim əvvəlki işim” – deyə fikirləşdi. Yavaş-yavaş yatdığı çarpayıdan duraraq balaca uşaq kimi özünü vanna otağına atdı. Aynada özünə baxanda gözlərini qıydı. Üzünü tük basmışdı. Qırxmaq istədi, amma suyun gəlməməyi onu lap hövsələdən çıxartdı. Deyinə-deyinə mətbəxə keçdi. İçəridəki pis qoxu mətbəxin havasını ağırlaşdırmışdı. Xətayi sakit h!alda qazı yandırdı və çayı isitməyə başladı.! O, “bomj“deyildi, amma son günlərdə keçirdiyi monoton həyat onu artıq təngə gətirmişdi. Həm də yalnızlıq Xətayini çox narahat edirdi. Ailəsini gözləri önünə gətirmək istəyir, ancaq bacara bilmirdi. Cavan olmasına baxmayaraq, özünü həyatdan doymuş qoca kimi hiss edirdi. Hərdən canına qəsd etmək istəyir, amma qarşısına qoyduğu Ali Məqsədini xatırlayıb fikrindən dönürdü. H!əqiqətən, bu insanın özü üçün cızılmış məqsədi, daha dəqiq desək, Ali Məqsədi var idi.! Xətayinin öz dərdini danışmağa heç bir yaxını – ata-anası, bacı-qardaşı yox idi. Düzdür, onun qədrini bilən dostları, hətta onu sevən qız da var idi. Amma son günlər işə getməməsi, telefonun zənglərinə cavab verməməsi onu hamıdan uzaq salmışdı. Dostları ondan nigaran idi. Yaqubənin isə narahatçılığı yerə göyə sığmırdı. Ancaq Xətayi yenə də düşdüyü bu vəziyyətdən çıxmağı bacara bilmirdi. Bütün günü güzgüdə özünə baxıb xəyallara dalırdı. Hətta indi də gözlərini güzgüyə zilləyib nəsə fikirləşirdi. Yanaqlarından süzülən göz yaşlarından yaşamış olduğu k!eşməkeşli həyatını xatırlamasını yəqin etmək olardı.! Odun üzərindəki çaydanın fışqırıq çalması Xətayini xəyallarından ayırdı. Soyuq bir gündə isti bir çay pis olmazdı. Ancaq təmiz stəkanın olmaması onun fikrini dəyişdirdi. Telefonunu götürüb çarpayısına tərəf addımladı. Başını yastığa hamarladıqdan sonra telefonunun displeyinə baxdı. Telefona on bir zəng, səkkiz mesaj gəlmişdi. Bu, Xətayini təəccübləndirmədi də. İki gün bundan əvvəl telefonu səssizə qoyaraq kənara atmışdı. O, bir-bir mesajları oxumağa başladı. İlk mesaj ə!n yaxın dostu Əlidən gəlmişdi:! “Hardasan, qardaş? Zəng edirəm, götürmürsən. Telefona baxan kimi mənə xəbər ver. Əgər nəsə problemin varsa, çəkinmədən denən. Bilirsən ki, dərdlərini bölüşdürəcək qardaşın həmişə y!anındadı”.! Xətayi üzünü limon yemiş kimi büzərək: “Mənim qardaşım ölübdür” – dedi. İkinci mesaja b!axanda onun Yaqubədən gəldiyini gördü:! “Xətayi mən evə çatdım. Bir də istəyirəm, biləsən ki, hər zaman çətin anlarında sənə kömək etməyə hazıram. O gün sənin gözlərində dərd var idi. Çox narahat oldum. Mən istəmərəm ki, y!alnız sənin sevgilin olum. Həm də dərdləşməyə bir ananam sənin. Bunu yaddan çıxartma”.! Xətayi bu mesajı da sadəlöhvcəsinə silib: “Mənim anam da ölüb”, – dedi. Digər mesajlara baxmayıb telefonu söndürdü. Fikirləşdi ki, artıq oyanmaq vaxtıdır. Ev evə bənzəmir. Əslində ev çox konfortlu evdi. Əla təmirlidir və hər bir təchizatı da var. Sadəcə aylardı bura qadın əli d!əyməmişdi.! Gözünü bir daha tavana zilləyərək milçəyin saralmış əcəlini baxdı. “Kiminin əvvəli, kiminin axırı”, – deyərək gülümsəyib yenidən ayağa qalxdı. Yuxudan oyanarkən hiss etdiyi qəribə ağız dadı nədənsə indi yox olmuşdu. Salona keçib stolun üstündəki pivə butulkalarını görüb dodaqlarını büzdü. Günlər sonra tozlanmış pultu götürərək televizoru açdı. Dünya kanallarına baxmağa peyk olmasa da, milli kanalları bir-bir yoxladı. Hərçənd ki, o, televiziya kanallarımıza baxmağı sevməzdi. Onların maraqsız olduğunu düşünürdü. Kanalların birində bir qadın özü haqqında məlumat verirdi və “kişi” axtardığını da deməyi yaddan çıxartmadı. Digər bir kanala verdikdə eyni vəziyyət burada da hökm sürürdü. Xətayi fikirləşdi ki, milli kanallara baxmamaqda düz e!dibmiş.! “Bizim kanallar əslində bir silahdı. Bəli, silahdı. Çünki, bu kanallar milli dəyərləri öldürmək üçün hazırlanıb,”– deyə fikirləşərək acıqlı şəkildə televizoru söndürdü. Özünü inandırmağa çalışdı ki, q!arşıdakı bir neçə ay o, televiziyaya baxmayacaq.! Xətayi qərara gəldi ki, bir az gəzintiyə çıxsın. Onun dərdinə həmişə çarə olan bir məkan var idi: “Qoca Xəzər”. Xətayi həmişə dənizi belə adlandırırdı. Paltarını qalın geyərək dekabrın d!ondurucu küləyi ilə mübarizəyə hazırlaşdı. Qapını bağlayıb evdən çıxdı.! Binanın həyətində kiçik bir park var idi. Uşaqlar havanın sümüyü donduracaq qədər soyuq olmasına baxmayaraq orada oynayırdılar. Xətayi onlara baxanda, onun da belə gözəl uşaqlığı olmamasına heyfsiləndi. Yenə o bəd fikirlər Xətayini incidirdi. O düşünürdü ki, bu uşaqları, bəlkə də gələcəkdə bədbəxt tale gözləyir. Yəqin onların yaşında olanda özünü indiki kimi dərk etsəydi, günahsız və saf vaxtlarımda canına qəsd edə biləcəyini yəqin etdi. Yox, yaxşı ki, belə olmayıb. A!xı onun Ali Məqsədi var …! İ!kinci fəsil! “!Qoca Xəzər”! O, ətrafındakı insanlara fikir vermədən dənizə doğru addımlayırdı. Uşaq kimi sevinirdi ki, yenə “Qoca Xəzər”i görəcək. Ancaq soyuq hava sanki onun dənizə çatmasına mane olmağa çalışırdı. Q!ış fəsli olduğundan külək elə bil insanı kötəkləyirdi…! Havanın insanın iliyinə işləyəcək qədər soyuq olmasına baxmayaraq, buludların arasından günəş şüalarını da görmək mümkün idi. Bəlkə də insanların sahilə axışmasının bir səbəbi də bu idi. Körpəsindən tutmuş yaşlısına kimi hamı enerjili görsənirdi. Yalnız bir nəfərdən başqa, o da asta addımlarla gəzən Xətayi idi. Qağayıların dəli kimi uçmağı Xətayiyə xoş təsir etməyə başlamışdı. Aşura günündə insanlar özlərini necə döyürlərsə, dalğalar da sahilə özlərini elə v!ururdular.! Xətayi əlini paltosunun ürək cibinə ataraq bir siqaret çıxartdı. Küləkdə yandıra bilmədiyindən kənara çəkilib bir küncdə alışqan ilə tüstülətməyə müvəffəq oldu. Bir-iki qullab vurduqdan sonra yanındakı əl-ələ tutmuş sevgililərə nəzər yetirdi. Həqiqətən, onların gözlərindən bir-birini sevmələri hiss olunurdu. Daha sonra hələ də aralarındakı sevgiyə şübhə ilə yanaşdığı Yaqubəni x!atırladı. Telefonu cibindən çıxardıb ona zəng etdi. Yaqubə cavab verdi:! –! Alo. Allaha şükür. Ürəyimə min fikir gəlmişdi. Necəsən?! – Hmm. Fikir vermə. Pis deyiləm. Sahildəyəm. Həmişəki yerdə, – Xətayi onun həyəcanlandığını b!aşa düşüb dedi.! –! Əla. İyirmi dəqiqəyə gəlirəm. Oldu? – Yaqubə qorxulu bir yalvarış səsi ilə dedi.! X!ətayi: “Gözləyirəm”, – deyib zəngi bitirdi.! Siqaretin tüstüsü insanın bədənindən ruh çıxar kimi havada sovrulurdu. Kül isə güclü küləyin əsiri olmuşdu. Siqaretdən axırıncı qullabını alıb kötüyü dənizə tulladı. Qağayılardan biri kötüyü yem sanıb dimdiyi arasına alsa da, bir az havaya qalxdıqdan sonra yenidən dənizə geri göndərdi. Uzaqda xalqımızın qaymaqlarını, dahilərini güllələndikləri əcəl yuvası görsənirdi. Havanın dumanlı olduğundan mayak yanıb sönürdü. Nargin adasına baxa-baxa Xətayin keçmiş h!əyatı yenidən göz önünə gəldi…! Ü!çüncü Fəsil! İ!rəvanda bir zamanlar. . .! 1980-ci ilin aprelin 21-də Əmiraslanovlar nəslində toy-bayram var idi. Çünki, məşhur papaqçılar nəslindən olan Cəmilin oğlu olmuşdu. Atasının ilk səhvi oğlunun adını Xətayi qoymaq oldu. A!mma bilməzdilər ki, bu nəslin aqibətini, bu uşağın taleyini nə gözləyir.! Həmin günü İrəvan mahalının Masis kəndi toy-bayram edirdi. Papaqçıların demək olar ki, hamısı Cəmil bəyin evində idi. Onun ilk övladı olmuşdu. Məhlədə qabal-zurna çalır, aşıqlar gur səsi ilə Masis kəndinin səsini ta Sovet Respublikasının paytaxtı Moskva şəhərinə çatdırırdılar. Cəmilin qardaşları atın belində havaya tüfəng atəşi açmaqla buludları lərzəyə gətirdilər. Qara çadıra geyinmiş kimi buludlar isə öz odlu silahları ilə şimşək çaxa-çaxa gəlirdi. Masis kəndinə güclü yağış yağdı. Saz havasının dayanması Masisdə yaşayan üç-beş nəfəri sevindirmişdi. C!əmil bəy oğlunu qucağına alaraq fasadın altında durdu və yağışın altındakı insanlara səsləndi:! – Rəhman və Rəhim olan Allahın adı ilə. Bu gün mənim ən sevincli günümdü. Bu gördüyünüz oğlumun adını Xətayi qoydum. Uca Allahın köməkliyi ilə mənim oğlum Şah İsmayıl Xətayi kimi Azər Türklərinin başından əksik olmayacaq. Bu gündən sonra mənim oğlum İrəvanın bəyidir. Allahım sən övladsızlara övlad qismət elə. Qoy bu sevinci onlar da yaşasın. Allahın kölgəsi qoy b!u körpənin üstündə olsun. Amin!! Hər bir ağızdan amin səsləri ucaldı. Cəmil bəy otağa girib oğlunu həyat yoldaşının qucağına v!erərək dedi:! –! Çox sağ ol, Firuzə. Mənə bu sevinci yaşatdığın üçün çox sağ ol.! Cəmil bəy otağı tərk edib qoz ağacından hazırlanmış qapıya yaxınlaşdı. Bu qapı İrəvanda hazırlanmışdı. Üstündəki naxışları Azərbaycanın məşhur nəqqaşlarından biri çəkmişdi. Qapının üzərində dahi Azərtürk Şairi Nizami Gəncəlinin poemalarının təsviri həkk olunmuşdu. O, qapını e!hmalca taqqıldadaraq içəri girdi. Cəmil bəy, atası Rza ağa ilə xeyir-dua almağa gəlmişdi.! Rza ağa qaranlıq bir otaqda oturmuşdu. O, ahıl yaşlarını burada keçirirdi. Artıq yaşı səksəni ötmüşdü. Gözlərinin rəngi dəyişməyə başlamışdı. Üzünün qırışları isə qoz ağacı qapısının üzərindəki naxışlar xatırladırdı. Cəmil bəy başındakı papağı çıxardaraq atasına yaxınlaşdı və d!izini yerə qoyaraq yerdəki işləmə Qarabağ xalçasına baxa-baxa danışmağa başladı:! –! Ağa, mənim oğlum oldu, – deyərək göz yaşını sildi.! –! Oğul, Allah köməyinizdə olsun. Adı nədir körpənin? – qoca məğrur səslə cavab verdi.! –! Xətayi, – Cəmil bəy dedi.! –! Məni uşağın otağına apar, – qətiyyətli səslə Ağa dilləndi.! Cəmil bəy atasının qoz ağacından işləmə əsasını verdi. Səksən yaşlı, ucaboylu və bu ellərin məğrur ağası ayağa qalxıb çölə çıxdı. Camaatın səs-küyü ağanı görən kimi dayandı. Qapı açıldı. Bəy ilə ağa birlikdə içəri girdilər. İçəridə iyirmidən çox adam olardı. Hər kəs bir anlığa onları görcək susdu. Ayaq üstə olmayanlar əllərindəki işi kənara qoyaraq ayağa qalxdılar. Bu v!axt elə güclü şimşək çaxdı ki, balaca Xətayi yenidən ağlamağa başladı.! Ağa yavaşca gəlib körpəni qucağına aldı. Uşağın nədənsə ağlamağı dayandı. Hər kəs diqqətlə ağaya baxırdı. Elə bil onların gözündə peyğambər görünürdü. Ağanın nazik dodaqları bir- b!irindən aralandı və bir neçə cümlə işlətdi:! –! Allah adı ilə böyütsün. Xətası olmasın. Girdiyi məkanda hamını ayağa qaldırsın.! Qocanın xeyir-duasından sonra ətrafdan amin səsləri uğuldadı. Hətta məhlədə qonşulardan bəziləri barının üstünə dırmaşaraq içəridə baş verənlərə baxırdı. Ağanı görən insanlar heç fi!kirləşmirdilər ki, başlarına leysan yağır.! Bir vaxtlar Rza ağa düşmənlərə qarşı fəal mübarizə aparmış, son gülləsinə qədər vuruşmuş və Masis kəndini uçurumdan xilas etmişdi. Geniş torpaq sahələrinə malik olan bu insan atasının mirasına da sahib olandan sonra bütün İrəvana səs salmışdı. Belə ağaların yetişməsi düşmənlərə ziyan idi. Qocalana kimi ağanın şövqəti, səbri və təmkinliyi insanlarda çox gözəl bir təəssürat yaradırdı. Ələlxüsus da övladlarına sahib çıxması hər kəs üçün ideal ailə başçısı idi. Amma 1978-ci ilin mart ayında, Novruz bayramı günü həyat yoldaşı Sənubərin qəflətən ölümü Rza ağanı mənəvi depressiya ilə üzləşdirmişdi. O gündən sonra qoz ağacdan olan otağını tərk etməmişdi. Ta ki son beşiyi, Cəmil bəyin övladı olana kimi. İlk dəfə olaraq Rza Ağa öz əhdini p!ozmuşdu. Ağa öz qısa nitqini bitirdikdən sonra Cəmil bəyi bağrına basdı.! Xətayinin taleyi beləcə başladı. O artıq böyüyürdü. Üç yaşı olanda artıq bir qardaşı da dünyaya gəlmişdi. Onun adını isə Vaqif qoymuşdular. Cəmil bəy uşaqların təhsili ilə özü məşğul olacaqdı. İnanırdı ki, onların gözəl gələcəkləri olacaq. Amma yadından çıxartmışdı ki, onların ermənilər k!imi qonşusu və SSRİ kimi “vətən”ləri var.! Xətayi böyüdükcə yaşadığı təbiətin gözəlliyini dərk edirdi. Doğulduğu kəndin səs-küyündən heç kim darıxmırdı. Hamı xoşbəxt idi. Onların arasında Xətayinin ailəsi də var idi. Amma bu xoşbəxtliyin onlara gələcəkdə nəyə mail olacağını bilsəydilər, Əmiraslanovlar ailəsi heç burada q!almazdılar. Amma bəlkə də qalardılar. Axı onlar öz Vətənlərinə qadın namusu kimi baxır.! Xətayi artıq özünü kifayət qədər böyümüş hesab edirdi. Anasının atasına həmişə dediyi sözü eşidirdi: “Bizim ailə necə də xoşbəxtdir, Allah bu sevinci bizə çox görməsin”. Xətayi atasına bir g!ün dedi:! –! Ata, xoşbəxtlik nədir?! – Adə, sən nə vaxt böyüdün ki, xoşbəxtlik axtarırsan? – Atası oğlunun mənalı sualını fikirləşərək, gülə-gülə dedi. Elə bu vaxt işçilərdən biri Cəmil bəyi çağırdı, Xətayinin sualı c!avabsız qaldı.! O, əlinə kiçik bir çomaq alaraq torpağı cızırdı. Yerişində Osmanlı hökümdarlarına bənzər əda var idi. Məhlənin yetkin qızları Xətayinin böyüdükdə yaraşıqlı oğlan olacağını söyləyirdi. Anası h!əmişə deyirdi ki, mənim oğlum kəndimizə girəndə bütün qızlar ona heyran qalacaq.! Xətayi anidən qərara gəldi ki, “Xoşbəxtliklə” bağlı olan sualını həmişə eyni otaqda, eyni kresloda oturan babası Rza ağadan soruşsun. Balaca Xətayi addımlarını yavaş-yavaş ataraq babasının otağına doğru getdi. O, həyəcandan ürəyinin partlayacağını düşünürdü. Özünü toparlayıb otağın qapısını açdı. Rza ağa iti nəzərlə nəvəsinə baxdı. Xətayinin ürəyindəki döyüntü artıq indi hiss olunmurdu. Otağa bir neçə dəqiqəlik sükut çökdü. Birdən Rza ağa öz nəvəsini yanına çağırdı:! ! –! Gəl, Xətayi, – dedi, – Orda durma.! –! Baba, necəsən? – Xətayi gülərüzlə dedi.! – Mən yaxşıyam. Eyni evdə qalırıq, amma sən mənim yanıma gəlmirsən. Böyüdükcə məndən u!zaqlaşırsan, – Müdrik qoca Xətayini zarafatyana acıladı.! –! Elə fikirləşmə, baba, – Xətayinin gözlərindən yaş süzüldü.! A!ğa bir anlığa ayağa atılaraq Xətayin danlamağa başladı:! – Bizim nəslimizdə kimin gözündən yaş düşüb ki, sən də ağlayırsan. Mənim qardaşımuşaqları düşmanlar hücum edəndə onlarla uşaqları ölmüşdü, amma biz kişilərdən heç biri ağlamadı. Sən X!ətayisən! Xətayi! Sənə vəsiyyətim, bir daha gözlərində yaş axıtma.! B!u sözlərdən qürurlanan nəvə göz yaşlarını silərək dedi:! –! Baba, bizim düşmənlərimiz kimdi?! M!üdrik qoca artıq yorulduğunu hiss edib sakit səslə danışmağa başladı:! Biz artıq 60 ildən çoxdur ki, işğal altında yaşayırıq. Sən bilməzsən, mən o vaxtları görmüşəm, həm də atam danışırdı, həmişə. Bilirsən, Azərbaycanın necə oğulları olub? Bizim düşmənimiz erməni, rus, fars şovinistləridir. Mənim qohumlarımı erməni milliyyətçiləri öldürüb, torpaqlarımızı isə rus bolşeviklər işğal edib. Kəndimizin belə şad-xürrəm olmağına baxma, Azərbaycan qan a!ğlayır.! Bu sözləri diqqətlə qulaq asan Xətayidə babası danışdıqca ilk vətənpərvərlik hissləri yaranırdı. Xətayi müdrik qocadan, xoşbəxtliyin nə olduğunu soruşdu. Müdrik isə yorulmağına baxmayaraq s!usuzluqdan qurumuş dodaqlarını aralamağa başladı:! – Xoşbəxtlik hər şeydən əvvəl onu deyim ki, pulla alınan bir şey deyil. Mən sənin nənəni sevəndə özümü xoşbəxt hiss edirdim. Nişanlandım, özümü xoşbəxt hiss edirdim. Atam öldü… – müdrik qoca dərindən ah çəkərək yenidən kədərlə, – hər kəsdən çox isdədiyim atam öldü mənim gənc yaşlarımda xoşbəxtliyimi əlimdən aldılar. Özümə gələndən sonra mən evləndim. Yenə özümü xoşbəxt hiss edirdim. Öz ailəmin olmağı məni sevindirirdi, amma sonra səfərdə i!kən anamın ölüm xəbərini eşitdim. Bax onda mən öz gücsüzlüyümü, zəyifliyimi bildim.! Qoca nəvəsinə barmaq işarəsi ilə stolun üstündəki qrafindən su istədi. Xətayi başa düşərək tez su verdi. İçdiyi su onun qəlbinin hərarətini dayandırmasa da, müvəqqəti kifayət edirdi ki, yenidən d!anışmağa başlasın:! – Əslində, xoşbəxtlik kiçik şeylərə düzgün dəyər verməkdir. Xoşbəxtliyin sirrini belə tapmaq o!lar…! Xətayi babasının yorulduğunu hiss edərək otaqdan çıxdı. Atası ilə anası nə üstündəsə m!übahisə edirdilər. Xətayi yaxınlaşıb xəlvətcə qulaq asdı:! – Mənim oğlum böyüyəndə bu ellərin ağası olacaq. Ona lazım deyil elə də çoxlu oxumaq – deyə C!əmil bəy Firuzənin üstünə qışqırırdı.! Yaxşı təhsil görmüş, hələ evlənməmişdən əvvəl məktəbdə tarix müəlliməsi işləyən Firuzə xanım i!sə dedi:! – Biz öz pullarımızı övladlarımızın təhsilinə sərf etməliyik. Neynəyir ey bu kəndi? Qoy getsin xaricə, pulumuz, bir neçə küp qızılımız var. Kənddə doğulub, kənddə qocalsın? Qoy onu əmisinin yanına göndərək Bakıya, orda xüsusi dərs alsın. Məktəblərə getsin, – deyə Firuzə x!anım kiməsə acıq verən kimi dedi.! – “Yox” dedim! Mən oğlumu İrəvandan Bakıya göndərə bilmərəm. Bu məsələ bağlandı! – deyib Cəmil bəy çıxıb getdi. Xətayi atasının dediyi sözlərə sevindi. Atası ilə fəxr edirdi. Amma bilmirdi k!i, onun üçün Bakı daha əlverişlidir.! *!**! Xətayi dostları ilə görüşürdü. Əslində dost anlayışını hələ qavramırdı, ilk gün tanıdığı uşaqlara da dost deyirdi. Amma “dostları” bu günkü kimi Xətayini belə əsəbi görməmişdilər. Xətayi sərt ş!əkildə danışmağa başladı:! – Biz fil qulağında yatırıq. Ermənilər bizim kəndi qırıbdı, ruslar və farslar bizi ayırıb. Biz niyə boş durmuşuq. Utanmırıqmı? Onlar bizi öldürsünlər, biz də onlara baxaq. Birdən yenə elə edərlər, b!əlkə sənin, mənim, onun ailəsini ata-anasını gəlib öldürəcəklər?! –! Kəndin qeyrətini çəkirsən? – uşaqlardan biri istehzayla dedi.! – Bəli, çəkirəm. Gün gələr sən də çəkərsən, – pauzadan sonra, – əgər qeyrətə gəlsən. Kəndin q!eyrətini yalnız qeyrətlilər çəkər, – deyə Xətayi ona cavab verdi.! U!şaqlar Xətayi ilə razılaşdı. Xətayinin ən sevdiyi dostu Gündüz dedi:! – Kəndin o başında erməni Vedik əminin uşaqları lap bizi təngə gətirib. Yaşca bizdən böyükdürlər, elə bilirlər ki, bunlardan böyük adam yoxdu. Bir dəfə oynayanda topumuzu götürüb cırdılar. Biz də atasının yanına getdik ki, topumuzu geri alaq. Amma o Vedik Samirə təpik vurdu. Y!azıq deyil Samir?! Yetim uşaqdı, atası yoxdu, – deyə Gündüz hərarətli danışığını bitirdi.! –! Mən o uşaqları görüm! – əsəbi halda Samir dedi.! – Gəlin belə edək. Məhəllənin bütün uşaqlarını yığaq və kəndin başındakı ermənilərlə dalaşaq. Bəsdir çəkdiklərimiz. Babam deyir bizim xalqın düşməni ermənilərdi. Ermənilər soyumuzu nə vaxtsa qırıblar, – Xətayi hələ tarixdən heç bir anlayışı olmasa da öz babasının nitqi onun yaddaşına yüklənmişdi. Özü də bilirdi ki, onun dedikləri yadından çıxmayacaq. Həqiqətən də belə oldu. O artıq otuz yaşına çatanda babasının hər cümləsi qulağında sırğa olmuşdu. Onun h!afizəsi, həqiqətən, çox güclü idi.! – Mən gedirəm Ənvər babanın nəvələrini çağırmağa, ermənilər çoxdu və yekədilər, – Samirin s!əsində həyəcan hiss olunurdu.! Artıq günorta idi. Dağın havası insana möhtəşəm təəssürat bağışlayırdı. Günəş isə buludların arasından öz qızmar şüalarını əsirgəmirdi. Günəşin altında durmaqla hər bir kəs tezliklə qarala b!ilərdilər. Məhz buna görə İrəvan əhli daha çox qarayanız olurdular.! Beləliklə, Xətayi öz məqsədinə çatmış oldu. O, uşaq vaxtından vətənpərvərlik hissini öz dostlarında aşıladı. Onlar əsəbi şəkildə kəndin o başına tərəf tələsik addımlar ilə gedirdilər. Kənddə bu balaca uşaqları görən hər bir kəs onların davaya getməyini bilirdilər. Balaca uşaq olduqlarından işin ciddiyyətini dərk etmirdilər. Böyük insanların etməli işini balacalar edirdilər. İ!şin bu hissəsində, həqiqətən, balacalardan da nəsə öyrənmək olar.! Artıq onlar kəndin başına çathaçatda idilər. Erməni uşaqları top oynayırdılar. Sayları Xətayinin fikirləşdiyindən də çox idi. Amma bu balacalar qorxmurdular. Axı onların torpaqlarını nə vaxtsa işğal etmiş və soylarını qırıblar. İşin mahiyyətini tam dərk etməsələr də düz yolda olduğunu bilirdilər. Balacalar meydançaya daxil oldu. Hamı onlara baxıb dedi, “nəyə gəlmisiniz, avaralar” – “!Gedin evinizə, bura sizin torpaq deyil”.! – Ayə Andronik, buralar sizin torpaq nə vaxtdan olub, dədələrin bizim insanları qırandan sonra? –! deyə Xətayi dilləndi.! –! Nə danışırsan sən? – deyərək Xətayinin üstünə addımladı.! –! Diyən karsan, eşitmədin! – Xətayi meydan oxuyarcasına dilləndi.! Artıq hər iki tərəf bilirdi ki, dava başlayacaq. Xətayinin üstünə gələn Andronik ondan iki yaş b!öyük idi. Xətayi bildi ki, onu vuracaq, amma fikirləşdi ki, çatar-çatmaz mən onu vurum.! Xətayinin uşaqlıqdan əli ağır idi. Atası ona əsl Osmanlı silləsi öyrətmişdi. Atasına isə Amasiyada tanış bir Osmanlı Türkü öyrətmişdi. Andronik Xətayiyə yaxınlaşırdı artıq. Bir neçə addımdan sonra demək olar ki, üzbəüz dayanacaqdılar. Qəflətən Xətayinin sağ əli yavaşca havaya qalxdı. Adronik onun nə etdiyini təəccübləndi. Onun əli Andronikin sifətinə bir göz qırpımında dəydi. Sillənin səsi hər kəsi təəccübləndirdi və rəqib uşaqları qorxutdu. Onların ataları vuranda elə vurmurdu. İlk dəfə idi ki, Xətayi Osmanlı silləsini düzgün vurdu. Andronik səndələyərək yerə düşdü. Ayağa qalxmaq istədi amma ilk cəhd alınmadı. Dodaqlarında qan görünürdü. Xətayi dedi :!! – Ayağa qalx, əclaf, – Onun gözlərində amansızlıq var idi. Andronikin sinəsindən tutaraq ayağa qaldırdı. Heç kim heç nə etmək istəmirdi. Ermənilər qorxur və balacalar da Xətayiyə arxayın idilər. Andronik ona kəllə atmaq istədi, amma baş tutmadı. Xətayi ikinci amansız silləsini çəkməyə hazırlaşdı. Sağ əli havaya qalxıb Andronikin üzünə yapışdı. Andronik bu səfər səndələmədən yerə uzandı. Xətayi onun üzünə baxdı. Andronik özünə sığışdırmadı ki, özündən i!ki yaş balaca uşaq onu döysün. Birdən o dostlarına qışqırmağa başladı:! – Nə durmusunuz, dalaşın. Andronik ayağa qalxaraq öz gələcək daşnaksütyun yoldaşlarına ç!ığırdı.! Onun səsindən özünə gələn ermənilər bir az tərəddüt edərək Xətayigilin üstünə hücum çəkdi. Əlbəttə ki, bunu görən Xətayinin həmyaşıdları da boş durmadı. Hamı bir-birinə girdi. Amma ermənilər uşaqları təkləyirdilər. Xətayi ac qurd kimi ətrafına baxdı. Gündüzü iki erməni yerə yıxıb təpikləyirdi. Cəld Xətayi özünü ora yetirdi. Arxadan çiyinlərindən yapışaraq birini geri itələdi. Bu

Description:
Başlanğıc. Birinci fəsil. Yarıqaranlıq otaq… sükuta qərq olmuş dörd divar. ayrılıq üçün onun bığlarının altında gizlənən dodaqlarından öpdü.
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.