Table Of ContentA N A L İ T İ K K İ N O J U R N A L I № 02 (08) DEKABR 2012
№ 02 (08) DEKABR 2012
ANALİTİK KİNO JURNALI
“Fokus” analitik
kino jurnalının nəşri
Azərbaycan Gənclər Fondunun
maliyyə dəstəyi ilə
həyata keçirilir.
Jurnal
Gənc Film İstehsalçıları
Assosiasiyasının
“İxtisaslaşmış art nəşrlər
və “Yaradıcı Gənclərin Kino Evi”
yaradıcı gənclərin və art
jurnalistlərin peşəkarlıq
səviyyəsinin artırılma
vasitəsi kimi” layihəsi
çərçivəsində nəşr olunur.
Layihə çərçivəsində
Gənclər Fondunun maliyyə
dəstəyi ilə art yazarlar üçün
master klasların keçirilməsi
və Yaradıcı Gənclərin
Kino Evinin fəaliyyəti də
nəzərdə tutulur.
№ 02 (08) DEKABR 2012
ANALİTİK KİNO JURNALI
Səh. 56
12 QƏZƏBLİ TAMAŞAÇI
Aliyə. Ata, oğul və tabut
Səh. 5 Mir Bağır. “Fokus” jurnalıının
tamaşaçı sorğusu Səh. 59 Aygün Aslanlı.
Tabutçunun yelləncəyi̇
MARKETİNQ Səh. 64
Mixael Haneke:
Səh. 21 Nadir Əliyev:
“Yaş artdiqca
“Bi̇zdə
həyat sadələşi̇r”
prodüser
yoxdur
RAKURS
Səh. 34 Səh. 73
Kamran Qasimov: “Bi̇z Toğrul Abbasov.
vali̇deyn federasi̇yasinda “Kuklalar”in keçmi̇şi̇
yaşayan gəncləri̇k” və bu günü
KİNOZAL Səh. 77 Aydın Talıbzadə.
Tri̇yer üçün
dəccal
ki̇mdi̇r?
(anti-appassionata)
Səh. 82 Aysel Əsgərova.
Ki̇noda hərb mövzusu
Səh. 43 Sevda Sultanova.
“Dolu”: Azərbaycan üçün
vaci̇b, dünya üçün yetərsi̇z
Səh. 50 Aygün Aslanlı.
İşiği sönmüş “Mayak”la
“Yuva”
Səh. 90
Aliyə.
Ki̇nomagi̇ya
MOTOR
Səh. 97
Mirbala Səlimli:
“Ki̇şi̇ i̇deyalarla yaşayir
və hərək ət edir, qadinsa
i̇nsti̇nkti̇v olaraq daha
düzgün qərar çixarir”
SƏRBƏST MÖVZU
PORTRET
Səh. 141
Səh. 105 Fizuli Sabiroğlu.
“Davali ki̇nolar”
Verner Hersoq: “Heç
və ya “Dolu”nun i̇zi̇ylə
təsəvvü rüm belə yoxdur
ki̇, ki̇nonu ni̇yə çəki̇rəm”
FOTO RUBRİKA
NƏZƏRİYYƏ
Səh. 149 Cahangi̇r
Yusif
Səh. 113 Mixail Yampolskı̇.
Kinosuz Kino
Səh. 123 OXU ZALI
Aydın Dadaşov.
Səh. 167
Total televi̇zi̇yada i̇nfor
masi̇yanin fasi̇ləsi̇zli̇yi̇ və Heydər Camal
sənət ekvi̇valenti̇ “İnsan və ...”
MASTER KLASS LAYİHƏ
Səh. 133 Jan Lük Səh. 177
Qоdardan Nı̇cat Feyzullayev.
ki̇no dərsləri “...Əgər qi̇sməti̇m
olarsa...” (tammetrajlı
bədii filmin ədəbi ssenarisi)
№ 02 (08) DEKABR 2012
ANALİTİK KİNO JURNALI
2
1
0
2
br
a
k
e
D
8)
0
2 (
0
№
I
Ç
A
Ş
A
M
A
T
İ
L
B
Ə
Z
Ə
Q
2
1
12 QƏZƏBLİ TAMAŞAÇI
12 QƏZƏBLİ TAMAŞAÇI
Mir Bağır
“FOKUS” JURNALININ
TAMAŞAÇI SORĞUSU
“Kino tamaşaçıya onun kinoya baxdığını unutdurmalıdır”
Roman Polanski
ən yazırsan, sən çəkirsən, sən quruluş verirsən, sən
S
oynayırsan, sən yaradırsan, hərdən yarada bil mir
sən, bəzən ümumiyyətlə yarada bilmirsən. Amma
sən yaradıcı insansan. Gördüyün işi özün zövq
alma ğın üçün gördüyunü nə qədər desən də, başqaları-
nın da ondan zövq aldığını gördükdə keçirdiyin hissi ömür
boyu yaşamaq istəyi səni yenidən yaratmağa sövq edir. Bu
dəfə həm özünçün, həm də onlarçün yaratmaq istəyirsən.
Yeni dən yazırsan, çəkirsən, quruluş verirsən, oynayırsan
və onla rın yenidən gəlib zövq almağını gözləyirsən. On-
lar gəlir, baxır, amma bu dəfə adi gözlə yox. Milli kinoya,
se riala, anima siyaya susamış, güzəştə getməyən, səhvləri
bağ ış lama yan qəzəbli tamaşaçı gözü ilə.
Onların zövqünü hollivud blokbasterləri, Cənubi Ame-
rika, türk, hind serialları oxşayarkən, “mən də varam” de-
yib meydana atılmaq və ortaya keyfiyyətli milli bir iş qoy-
mağın çətinliyi anlaşılandır. Amma onlar bu günü gözləyir.
Maliyyə azlığı, texniki problemlər, aktyorların zəif ifası, kadr
çatışmazlığı kimi bəhanələr onlar üçün keçərli deyil. Bu heç
onlar üçün maraqlı da deyil. Hər zəif iş onları milli kinema-
toqrafdan bir addım da əcnəbilərə tərəf itələyir.
Bəzən elə təsəvvür yaranır ki, tamaşaçı artıq milli kine-
matoqrafdan əlini çoxdan üzüb. Onun haqqında ancaq keç-
miş zamanda danışır. Kino deyəndə ancaq sovet dövründə
çəkilənləri nəzərdə tutur, aktyor adı çəkəndə korifeyləri sa-
yır, kinoteatr deyiləndə isə gənclikləri yada düşür.
5
12 QƏZƏBLİ TAMAŞAÇI / Mir Bağır. SORĞU
2 Elə 12 qəzəbli tamaşaçıya ünvanladığımız suallar da bunu deyir. Hərçənd ca-
1
0
2 vabların sərtliyini tamaşaçıların halı ilə də əlaqələndirmək olar, axı onlar qəzəbli
abr tamaşaçılardır.
k
e
D
8)
0
2 (
0 SUALLAR
№
1. Azərbaycan kinosu deyəndə ilk növbədə hansı 3 filmi yadınıza düşür?
2. Son 3 ildə çəkilmiş hansı Azərbaycan filmlərinə və harada baxmısınız?
3. Yeni Azərbaycan filmlərinin köhnə filmlərimizlə müqayisədə hansı
müsbət cəhətləri var?
4. Yeni Azərbaycan filmlərinin köhnə filmlərimizlə müqayisədə hansı mənfi
cəhətləri var?
5. Hansı Azərbaycan serialını izləyirsiniz?
6. Yeni serialların rus və türk seriallarından fərqləndirən müsbət cəhəti
hansıdır?
7. Azərbaycan seriallarının mənfi cəhətləri hansılardır?
8. Hansı qəhrəman barədə və ya hansı mövzuda kino və ya serial çəkilsə,
izləyərsiniz?
9. Komediya yoxsa dram?
10. Hansı xarici (rus, türk, c.amerika) serialı izləyirsiniz və bu serialda sizi
çəkən nədir?
11. Hansı əcnəbi filmlərə baxırsız? Seçiminizi izah edin.
12. Həyatda rast gəldiyiniz hansı hadisəni, problemi və ya insanı kino və
serial üçün əla seçim hesab edərdiniz?
13. Axırıncı dəfə kinoteatrda hansı filmə baxmısınız?
14. Filmi kinoteatrda izləmək üçün əsas səbəb nə olmalıdır – təmirli zal,
çox maraqlı film, yoxsa ucuz bilet?
15. Mağazada DVD disk alırsınızmı? Sonuncu aldığınız 3 disk hansılardır?
16. Pirat disk terminini necə izah edə bilərsiniz? Pirat disk alırsınızmı?
6
CAVABLAR (12 / 12)
Nail İsmayilov, ingilis dili müəllimi:
“Bizimkilər kopyalamaqla məşğuldurlar”
1. “Gümüş göl əfsanəsi”, “Arxadan vurulan zərbə” və “Böyük dayaq”.
2. “Hökmdarın taleyi” və “Xoca” filmlərinə baxmışam, onlayn olaraq.
3. Müsbət bir şey görmədim.
4. Aktyorların ifasında falş dərhal görünür.
5. “Qaynana” serialını izləmişəm.
6. Xeyr, müsbət bir şey görmədim. Bizimkilər kopyalamaqla məşğuldurlar.
7. Türklərdə və ruslarda olanı bizə sırımağa çalışırlar.
8. Əsl vətənpərvərliyi göstərən bir filmə ehtiyac var. Daha indi çəkilənlər
kimi yox.
9. Komediya.
10. “Varoninlər”ə baxıram. STSdən gedir. Məcburi olaraq bəzən “Öylə
bir keçər zaman ki” serialını izləyirəm. Birinci serial reallığı daha yax-
şı əks etdirdiyinə görə mənə maraqlıdır.
11. Qay Riçinin birinci “Şerlok Holms”unu çox bəyənirəm. Sonra “So-
sial şəbəkə” filmi də yaxşıdır. Bu yaxınlarda “Allahın Şəhəri” filmini
izləmişdim. Bu filmləri həm mövzu, həm də aktyorların ifasına görə
bəyənmişəm.
12. 6cı sinifdə oxuyurdum. Riyaziyyatdan müstəqil iş yazmalıydıq.
Mənim də kifayət qədər “iki”m var idi. Birini də alsaydım, rübə
“iki” gedirdi. Amma evdə atam mənim “dörd”lə oxuduğumu gü-
man edirdi. Çünki onunçün ayrı gündəliyim var idi. Rüblükdən son-
ra da valideyn iclası olacaqdı. Onda da paxırım açılacaqdı. Bir şey
fikirləşmək lazım idi. Mən də müstəqil iş vaxtı ağzıma gələni yazdım.
Sonra gəldim müəlliməm Nina İvanovanın kabinetinə. Gördüm ki,
müstəqil işlər stolun üstündədir. Gedib sinif yoldaşım Renatı çağır-
dım ki, gəl dur qapıda, Nina İvanovanın gəldiyini görsən, xəbər elə.
Əvvəl razı olmasa da, o vaxtlar məktəbdə sinif yoldaşlarıma satdığım
“Turbo” saqqızından ona havayı verdim, birtəhər razılaşdı. Girib içəri
sinifimizin ən yaxşı oxuyanının vərəqindən başladım köçürməyə.
Köçürdükdən sonra vərəqimi onların içinə qoymaq istəyəndə stolun
üstündəki bütün vərəqlər qarışdı. Nə qədər axtarsam da, özümün-
künü tapa bilmədim. Götürüb təzədən köçürüb qoydum o biri işlərin
içinə. Səhərisi müəllimə qiymətləri elan edəndə özü də məəttəl qal-
mışdı. Mənə deyir ki, “İsmayılov, ya heç yazmırsan, ya da birdən iki-
sini yazırsan. Birindən 3, digərindən 4 almısan”.
7
12 QƏZƏBLİ TAMAŞAÇI / Mir Bağır. SORĞU
2 13. Sonuncu dəfə 2009cu ildə Liverpulda olarkən kinoteatra getdik.
1
0
2 Onda da sə nədli filmlə baxmışdım. Film 2ci dünya müharibəsi
abr illərində Liverpu lun bom bal anmasından, ümumiyyətlə, həmin illərdə
k
e
d şəhərin vəziyyətindən bəhs edirdi.
08) 14. Yaxşı şərait olmalıdır.
02 ( 15. Film diski almıram. Adətən dosttanışlar verir baxıram, qaytarıram.
№
16. Pirat disk aydındır ki, keyfiyyətsiz olur. O ki qaldı almağa, kino diskləri
olmasa da, musiqi və ya proqram diskləri almışam və çox güman ki,
onlar da hamısı pirat olub.
Mahirə Cahangirova, evdar xanım:
“Pirat disk bilmirəm nədir”
1. “Uzaq sahillərdə”, “Bizim Küçə”, “Onu bağışlamaq olarmı”.
2. Yox, görməmişəm.
3. Gərək baxım ki, bilim də.
4. Köhnələr daha yaxşı idi.
5. “Küləklər şəhəri”nə baxırdım. “Vicdan su san da”ya da baxırdım. İndi
biri gedir e, “Ağab ə yov lar”dır deyəsən. Ona da baxıram. “İtkin gəlin”ə
da baxırdım əvvəllər.
6. Nə qədər olsa da, bizim mentalitetdi nədir, ona uyğundular.
7. Bizim seriallarda elə bil bir az şitlik var.
8. Müharibədən filmlər olsa, sonra bu istintaqfilan olan kinolar ma-
raqlıdır.
9. Komediya.
10. “Ştirlis”dən (“Baharın 17 anı” – red.) xoşum gəlirdi. “Amaci” də (“Bu za-
lım dünyaya doğulma”) yaxşı idi. Türklərdən “Yarpaq tökümü” və “Bö-
yük yalana” baxırdım. Onlarda olanlar elə bil elə həyatda da baş ve-
rir. Ona görə mənə xoş gəlirdilər.
11. “Qanqa” (“Qanqın suları bulanıqdı” – red.), “Toz içində çiçək”, “Zita və
Gita”. Bir rus kinosu da var – kişinin nəvəsini 3 nəfər zorlayır, sonra
o da birbir onlardan qısas alır, amma adı
yadımda deyil (“Voroşilov atıcısı” – red.). Bu
filmlər daha təbii çəkilib e, şitlik yoxdur.
12. Bir neçə il bundan qabaq tanışlardan biri
Moskvaya getməli oldu. İşləmək üçün.
Bunu da bir tanışı öz yanına çağırıbmış.
Amma gedib ora çatandan sonra deyiblər
ki, sən hələ bizə lazım deyilsən, biz sənə
hələ deməmişdik, niyə tez gəlmisən. O da
əvvəl istəyib ki, elə həmin dəqiqə qayıt
sın geri. Sonra qalıb özü işləmək qəra
rına gəlir. Vədlərinə naxələf çıxanlar da
guya ürəkləri yanır deyə, bazarda bir yer
də alver eləməkçün buna şərait yaradır.
8
Description:Əgər o ssenaridə dramaturji konflikt yoxdursa, o kino baxılmayacaq. Sosi- Lakin bir müddət sonra Orxan internatdan qaçıb gəlir və Abbası, sanki,.